Həbsxanada daha bir məhbus öldü

Həbsxanada daha bir məhbus öldü
SOSİAL
16:41 13.12.2016
1199

Azərbaycanda daha bir məhkum dünyasını dəyişib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum, 1967-ci il təvəllüdlü Əlişah Əliş oğlu Məlikov qəfildən vəfat edib. Ölümün səbəblərinin müəyyənləşdirməkdən ötrü ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.(APA)


OXŞAR XƏBƏRLƏR