Həbsxanada olan İlqar Məmmədov deputatlığa namizədliyini verir

Həbsxanada olan İlqar Məmmədov deputatlığa namizədliyini verir
SİYASƏT
00:51 15.04.2016
2186

Həbsdə olan ReAL hərəkatının sədri İlqar Məmmədov Ağdaşda yerləşən 90 saylı seçki dairəsindən namizədliyini irəli sürür

Bunu Respublikaçı Alternativ hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli bildirib.

O, şəxsi facebook səhifəsində qeyd edib ki, "Bu gün REAL'ın sədri İlqar bəylə telefonla danışdım, yaxşıdı, hamıya salamları var. Hal-hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, iş Şəki Apellyasiya məhkəməsinə geri göndərilib, məhkəmə günü de təyin edilmir. İlqar bu gün radioda eşidib ki, Ağdaş şəhəri 90 saylı dairədə təkrar seçki təyin edilib, dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək, zatən indi statusu "təqsirləndirilən" şəxsdir, qanuni namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözel kampaniya apara bilərik".

12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il mayın 22-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi onun saxlanılmasının qanunsuz olduğu barədə qərar qəbul edib. Avropa Məhkəməsinin qərarına görə, Azərbaycan hökuməti İlqar Məmmədovu dərhal azad etməli və ona 22 min avro təzminat ödəməlidir. Ancaq 2014-cü ilin sentyabrında Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ali Məhkəmədə isə kasasiya şikayətinə baxılması 9 aydan çox davam edib. 2015-ci il oktyabrın 13-də Ali Məhkəmə şikayəti qismən təmin edib və işi təkrar araşdırma üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”