Həbsdən yenicə çıxan şəxs qəribə vəziyyətlə üzləşib. O, həbsxanada olduğu müddətdə adına cərimələr gəldiyini iddia edir.
Dövlət Dövlətov "Xəzər Xəbər"ə deyib ki, yığılan cərimə balları nəticəsində sürücülük hüququndan məhrum edilib.
Vətəndaş deyir ki, cərimə KİA markalı avtomobilə gəlib. Onun isə belə bir maşını olmayıb.
İddialara Respublika Baş Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirib.
Məhz bu kimi hallarla qarşılaşmamaq üçün Respublika Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları etibarnamə verərkən diqqətli olmağa çağırır.
Ətraflı videomaterialda: