Həbsxanada qiyam: 20 nəfər yaralandı

Həbsxanada qiyam: 20 nəfər yaralandı
Bütün Xəbərlər
12:21 11.05.2015
1351
Rusiyada həbsxanada qiyam baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə Başqırdıstanda qeydə alınıb.
İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.
Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılıb.
OXŞAR XƏBƏRLƏR