“Heç bir güc CHP-ni bir daha o qutunun dibindən çıxara bilməyəcək” - Ərdoğan

“Heç bir güc CHP-ni bir daha o qutunun dibindən çıxara bilməyəcək” - Ərdoğan
DÜNYA
15:46 12.06.2023
197
"CHP bu şəkildə siyasət apardıqca iqtidar üzünü görə bilməz”.

AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan Necip Fazıl Qısakürəkin xatirəsinə təşkil edilən "40 İl 40 Əsər” tədbirindəki çıxışında CHP-nin siyasət tərzini tənqid edərkən deyib. O bildirib ki, CHP özünü islah etmədikcə, dəyişmədikcə, xalqın səsinə qulaq asmadıqca bir daha hakimiyyətə gəlmə bilməyəcək:

"Mayın 14-də millətimiz CHP zehniyyətini başında istəmədiyini çox açıq şəkildə bildirdi. Yarımçıq qalan işləri 28 Mayda tamamlayaraq, görünən və görünməyən bütün tərəfdarları ilə birlikdə CHP ideologiyasını seçki qutusuna basdırdı. Heç bir güc CHP-ni bir daha o qutunun dibindən çıxara bilməyəcək”. 

Türkiyə prezidenti vurğulayıb ki, CHP qutudan çıxan iradəyə hörmət etmək əvəzinə hələ də səslərin vətəndaşlara 500 lirəyə satılmasını ifadə etməsi siyasi tükənmişlik əlamətidir:

"Son 13 ildə 12 seçkidə uduzan birinin günahı özündə axtarmaq əvəzinə yenə də seçicinin üstünə atması artıq siyasət yox, psixologiya məsələsidir. Millətim bunu hiss etdiyi üçün lazım olanı etdi. Çox açıq deyirəm ki, CHP bu şəkildə siyasət apardıqca bu ölkədə iqtidarın üzünü görə bilməz.  Bu millət terror təşkilatlarına səs vermir və verməyəcək. Cümhuriyyət qədər köhnə olduğunu iddia edən CHP-nin indi xalqla barışması lazımdır. CHP millətlə, xalqın inanc dəyərləri və milli iradə ilə barışmazsa, onun bütün addımları siyasi hoqqadan başqa bir şey olmayacaq”.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR