"Heç bir harınlamış müdir və müəllim valideyndən pul istəyə bilməz" - Tarix Əliyev

"Heç bir harınlamış müdir və müəllim valideyndən pul istəyə bilməz" - Tarix Əliyev
MAQAZİN
15:14 21.05.2025
410
Aparıcı, prodüser Tarix Əliyev sosial media hesabından valideynlərə səslənib.
 
AZXEBER.COM xəbər verir ki, o, məktəbdə təmir adı altında müəllimlərin şagirdlərdən pul yığmasını tənqid edib.
 
"Tək əldən səs çıxmaz, belə bir deyim var. Ona görə də valideynlər öz övladlarının hüquqlarını qorumalıdır. Dövlətimiz əgər öz hesabına məktəblər tikirsə, dövlət hesabına müəllimlər orada maaş alırsa, məktəblərin təmirinə və digər zəruri işlərə dövlət vəsait ayırırsa, heç bir harınlamış müdir və bəzi müəllimlər sizdən pul istəyə bilməz. Elm və Təhsil Naziri Emin Əmrullayevin bu məsələdə aktiv rolu olmasaydı, bu qədər məktəb müdiri işdən azad olunmazdı. İndi isə rüşvət istəyən, valideynlərdən qanunsuz pul tələb edən müəllimlər və müdirlər ifşa olunub işdən azad olunur. Siz bunu bacararsınız” deyə o paylaşımında bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR