xari

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz" - Pərvin Abıyeva

MAQAZİN
17:54 14.01.2021
4257
Aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda verdiyi açıqlaması ilə müzakirələrə səbəb olub.
 
Sənətçi "Kasıb oğlana ərə gedərsiniz" sualına belə cavab verib:

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz. Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır.

Kasıbam, kasıb ailədə doğulmuşam deyib, kənara çəkilməyin. Kasıbçılıqdan milyonçuluğa qalxan var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar".
 
///Axşam.az 
 

OXŞAR XƏBƏRLƏR