‘Heç kim 6:0 hesabını gözləmirdi’ – Xorvatiya millisinin baş məşqçisi

İDMAN
10:09 14.10.2014
1606

“Bu matçda heç kim belə hesab gözləmirdi”.

Bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib. AVRO-2016-nın seçmə mərhələsində yığmamız səfərdə Xorvatiya ilə qarşılaşıb. Görüşdə meydan sahibləri 6:0 hesabı ilə qələbə qazanıblar. Matçdan sonra gənc çalışdırıcı bunları ifadə edib: “Mən matçdan öncə futbolçulara sürətli oynayıb, erkən qol vurmağı tapşırmışdım. Rəqibdən isə çəkinməməyi xahiş etdim. Nəticədə azarkeşlərimizi sevindirməyi bacardıq. Hərçənd, qarşılaşmanın sonlarında oyunun tempini bir az azaltdıq. Düzdü, uşaqları başa düşürəm. Çünki onlar sabah öz klublarına qayıtmalıdırlar və orada da çalışacaqlar. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm”. (apasport)

OXŞAR XƏBƏRLƏR