“Heç kim yeşikləri dəyişmir” – “Zibil içində” yaşayan Yasamal sakinləri – VİDEO

“Heç kim yeşikləri dəyişmir” – “Zibil içində” yaşayan Yasamal sakinləri – VİDEO
SOSİAL
14:42 16.09.2020
638
Paytaxtın bir sıra rayonlarında zibil konteynerləri çatışmazlığı yaşanır.
 
Zibilyeşikləri tullantılarla dolub daşır. Buna görə də, zibillər hara gəldi - yaşayış evlərinin arasına, yol kənarına və ya həyətlərə tullanılır. Nəticədə tullantılar ətrafa səpələnir.
 
Tullantının yaratdığı xoşəgəlməz mənzərə, dəhşətli iy zibil qutullarına hələ 20 metr məsafə qalmış ürək bulandırır. Bu cür mənzərələrə paytaxtın bir çox yerində rast gəlmək mümkündür.
 
Baku Tv-nin əməkdaşları elə mənzərəyə sahib olan Yasamal rayonu 7-ci Salaxanı küçəsində olublar.
 
Sakinlər deyir ki, zibil qutusunun yanından keçə bilmək üçün uzaqdan bir dəfə dərindən nəfəs alırlar. Beləliklə, yaxına çatanda burnunu bağlayıb keçə bilmək üçün şərait hazırlanır.
 
Salamat Əhmədov – Sakin: "Buranın sakiniyəm. Artıq dərəcədə xahiş. Edirəm ki, bu zibillər üçün bir tədbir görülsün”. İradları nəzərə alaraq, məsələ ilə bağlı Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxlamağa çalışdıq. Zibil yeşiklərinin nəyə görə gec-gec boşaldılması sualına cavab ala bilməsək də, əvəzində bu sahədə çalışan, məsələnin görünməyən tərəfindəki üfunət qəhrəmanlarını tanıdıq. Mütəmadi olaraq işlərindən şikayət etdiyimiz hətta çox vaxt ünvanlarına nalayiq ifadələr səsləndirdiyimiz bu üfunət maşınında çalışanların səsini siz də eşidin.
 
Habil Kərimov – Zibil daşıyan: "Müraciət etmişik, heç kim yeşikləri dəyişmir, heç kim yeşiklərə baxmır. 380 manat maaş verir, o da qane etmir. Xəstə uşağım var, gözləri görmür. Yeriməyən yeşiklərdi. Əlimin içinin qabarına baxın. Heç kim də dəyişmir”.
 
Bəli, qarşı tərəfi dinlədikdən sonra mövcud vəziyyətdən ən çox əziyyət çəkənlərin təkcə sakinlər olmadığını, bu tullantıları zibil maşınına yığan işçilərin də nəqədər haqlı olduqlarını anladıq. Müsahibimiz bildirdi ki, bəzən zibil yeşikləri boş olsa da insanlar əllərində olan tullantıları yeşiyin ətrafına atır.
 
Bu da onların işini çətinləşdirir.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib