“Heç kimin diktəsi ilə oturub-durmayacağıq” - Prezident

“Heç kimin diktəsi ilə oturub-durmayacağıq” - Prezident
SİYASƏT
11:36 17.12.2014
1126
“Gənclər bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanı idarə edəcəksiniz. Azərbaycanın uğurlu inkişafı sizdən asılı olacaqdır. Ona görə siz gənclər bilikli, savadlı olmalısınız”.
Bunu prezident İlham Əliyev ASAN Könüllülərinin I Ümumrespublika Forumunda deyib. Ölkə başçısı bildirib ki, bu gün dünyada hər şeyi bilik, savad həll edir. Hətta ölkələrin gücünü, potensialını indi bilik, savad həll edir: “Texnoloji, elmi tərəqqi haradadırsa, inkişaf da oradadır. İntellektual cəhətdən böyük imkanlara malik olan ölkələr dünyada da öz mövqelərini möhkəmləndirirlər. Ona görə də bilik, savad hər bir gənc üçün - həm onun özü, həm də cəmiyyət üçün çox önəmlidir. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və həqiqətən də vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır.
Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin”.
///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
16:09 13.03.2026
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
16:05 13.03.2026
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
15:59 13.03.2026
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək