Türkiyənin Giresun şəhərində Salih Aydın adlı sakin döş qəfəsində ağrı və sol qolunda uyuşma şikayətləri ilə xəstəxanaya müraciət edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, infarkt əlamətləri olmasına baxmayaraq, o, əzələ ağrısı və panik atak diaqnozu ilə evə buraxılıb.
Lakin xəstəxanadan çıxdıqdan bir neçə dəqiqə sonra onun ürəyi dayanıb.
Yenidən xəstəxanaya qaytarılan xəstənin ürəyi elektroşok və masaj ilə bərpa edilib, təcili müalicəyə göndərilib.
Daha sonra ona stent qoyulub.
Baş verən hadisədən sonra Salih Aydın prokurorluğa müraciət edərək həmin xəstəxanadan şikayətçi olub.
Prokurorluqda faktlar əsas götürülərək cinayət işinə başlanılıb.