Heç vaxt dünyanın ən yaxşısı seçilməyən əfsanəvi futbolçular - SİYAHI

Heç vaxt dünyanın ən yaxşısı seçilməyən əfsanəvi futbolçular - SİYAHI
İDMAN
15:04 03.03.2020
4027
Hər il FİFA 'Ən yaxşı oyunçu' adı altında  mükafat mərasimi təşkil edir.

2009-cu ilədək adı Ballon d`Or( Qızıl Top) mükafatı olan Fransa futbol dərgisinin mükafatı 2016-cı ildən FİFA Qızıl Top mükafatı ilə birləşərək FİFA Dünyanın Ən Yaxşı Oyunçusu adlanır.

AzxeberSport uğurlarına baxmayaraq, futbol dünyasında ən nüfuzlu fərdi mükafatları qazanmamış adlarla bağlı araşdırma aparıb.

 

Mövsüm boyu həm liqada, həm avrokuboklarda, həm milli komandalarda ən uğurlu çıxış etmiş oyunçulardan biri bu mükafata layiq görülür. Son illərdə öz tutbol tərzi ilə və qazandıqları kuboklarla seçilən Zlatan İbrahimoviç, Neymar, Antuan Qrezmann, Andres Iniesta bu titulu qazanmasalar da, hələ  aktiv futbol həyatını davam etdirir. Onlar kimi dövrünün ən istedadlı oyunçuları olmuş Teri Anri,  Stiven Cerrard, Alessandro Del Piero aktiv futbol karyeralarını bu mükafatı qazanmadan bitiriblər.

- Tyeri Anri

 


Fransanın "Monako” klubunda karyerasına başladıqdan sonra Anri İtaliyada "Yuventus", İngiltərədə"Arsenal”, İspaniyada "Barselona” və ABŞ-da "Nyu York  Red Bulls” ilə 792 oyunda 360 qol vurub.

Hal-hazırda Kanadanın "Montreal” klubunun məşqçisi olan 43 yaşlı Anri, 123 matçda 51 qol vurduğu Fransa Milli Komandası ilə dünya və Avropa çempionluğunu qazanıb.

Keçmiş fransız futbolçu 2003-cü ildə "Qızıl top" mükafatında ikinci, 2006-cı ildə üçüncü, 2003 və 2004-cü illərdə isə "Dünyanın ilin ən yaxşı oyunçusu" mükafatında ikinci olub.

- Andres İnyesta

 

12 yaşında "Barselona”ya keçən İnyesta, "Barselona” ilə 32 kubok qazanıb. İnyesta, İspaniya Milli Komandasının tarixində ilk Dünya kubokunu qazanan heyətin üzvüdür. 2010-cu ildəki tarixi qolun müəllifidir. Milli Komanda ilə 2008 və 2012-ci illərdə Avropa çempionatını da qazanıb.

 2017-18 mövsümünün sonunda Yaponiyanın "Vissel Kobe” klubuna transfer olub. "Barselona”dan komanda yoldaşı, argentinalı ulduz Lionel Messi 'Qızıl top' mükafatını alarkən Inyesta 2010-cu ildə ikinci, 2011-ci ildə dördüncü, 2012-ci ildə isə 3-cü olub.

- Stiven Cerrard

 

Anri kimi aktiv futbol karyerasından sonra məşqçilik edən Cerrard "Liverpul”-un əfsanəvi adları arasındadır. Qırmızılar ilə 710 matç keçirən Cerrard  9 kubok qazanıb. 2005-ci ildə UEFA Çempionlar Liqasının finalında Atatürk Olimpiya Stadionunda oynanılan "Liverpul”- "Milan”a matçının geridönüşündə əhəmiyyətli rol oynayan Cerrard, İngiltərə Milli Komandasının formasını da 114 dəfə geyinib.

"Qlazqo Reyncers”i çalışdıran 40 yaşlı yarımmüdafiəçi 2005-ci ildə "Liverpul” Çempionlar Liqasının kubokunu qaldırarkən UEFA-nın ilin futbolçusu mükafatını qazanıb, ancaq Ronaldinyonun qazandığı Dünyada ən yaxşı oyunçu mükafatında 3-cü yerdə qaldı.

- Frenk Lempard

 

"Çelsi”nin baş məşqçisi, 39 yaşlı Lampard, 14 il formasını geyindiyi "mavilər”lə  13 kubok qazanıb.

"Çelsi" nin klub tarixində ən çox qol vuran Lempard, ard-arda 164 oyunda İngiltərə Premyer Liqa rekordunu qırıb.2004-2005-ci illər arasında İngiltərədə ilin futbolçusu adına layiq görülən Lempard, həm Qızıl Top, həm də 2005-ci ildə Dünya İlin Futbolçusu mükafatında ikinciliyə layiq görülüb. Məşqçi karyerası elə də uğurlu davam etməyən Lempardın "Çelsi”ni tərk edəcəyi gözlənilir.

- Devid Bekham

 

"Manchester United”, İspaniyanın "Real Madrid”, ABŞ-ın "Los Anceles Galaksi” və PSJ ilə 4 fərqli liqada çempionluq yaşayan, yeganə ingilis futbolçu Bekham 1999-cu ildə Qızıl Top və 1999 və 2001-ci illərdə Dünyada İlin Oyunçusu mükafatlarında ikincilik ilə kifayətlənib.

- Alessandro Del Piero


Hər iki mükafata layiq görülməyən ulduz futbolçulardan biri, İtaliya Seria A-nın ən güclü komandalarından biri olan "Yuventus"la tanınan italyan hücumçu Del Piero. 1993-cü ildə Padovadan transfer olunduqdan sonra, 2011-12 mövsümünün sonuna qədər "Yuventus" un formasını geyinən və 705 oyunda 290 qol vuran Del Piero 1997-98 mövsümündə Çempionlar Liqasında ən çox qol vuran oyunçu olub.

2006-cı ildə Dünya Kuboku çempionluğunu qazanan 46 yaşlı futbolçu, 91 dəfə İtaliya Milli Komandasının formasını geyinib. Nə "Qızıl Top”, nə də FIFA mükafatına sahib deyil.

- Dennis Berqkamp

 

1992-ci ildə İsveçdə və "Ayaks” formasıyla Avropa Futbol Çempionatında Avropada ən çox qol vuran hollandiyalı hücumçusu Berqkamp, ​​"Arsenal” klubundakı çıxışı ilə xüsusilə yadda qalıb.

51 yaşlı futbolçu 1992-ci ildə "Qızıl top" mükafatını qazanıb. Berqkamp 1993 və 1997-ci illərdə Dünya İlin Futbolçusu mükafatında üçüncü yerə layiq görülmüşdür.

- Zlatan İbrahimoviç

 


UEFA Çempionlar Liqasında 6 müxtəlif klubla("Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", PSJ) çıxış etmiş  ilə yeganə oyunçu tituluna sahib olan 38 yaşlı hücumçu İbrahimoviç 5 fərqli liqada ( Hollandiya, İtaliya, İspaniya, Fransa,ABŞ ) çempionluq qazanıb.

 116 dəfə İsveç Milli Komandasının formasını geyinən və karyerasını yenidən İtaliyanın "Milan” klubunda davam etdirən İbrahimoviç dünya miqyasında fərdi mükafatlara layiq görülməyib.

- Neymar

 

2013-cü ilin yayında Braziliyanın Santos Klubundakı çıxışından sonra "Barselona” tərəfindən transfer edilən Neymar, PSJ tərəfindən 2017-ci ilin yayında ona verilən 222 milyon avro ilə 'tarixin ən bahalı futbolçusu' adına layiq görüldü.

Braziliya Milli Komandasında keçirdiyi 96 matçda 60 qola imza atan 27 yaşlı Neymar 2015-ci ildə FIFA-nın Qızıl Topunda 3-cü olub. 2017-ci ildə isə "Qızıl Top”u qazanıb.

- Antuan Qrizman

 

2014-cü ildə transfer olduğu "Atletiko”nu vurduğu qollarla uğurdan uğura aparan Qrizman bir neçə dəfə bombardir tituluna sahib olub. 2018-ci ildə Fransa millisi ilə Dünya çempionu olan Qrizman Kubokun qazanılmasında əhəmiyyətli rol oynayan oyunçulardan biri olub. 2019-cu ildə "Barselona”ya transfer olan fransız hücumçu 2016 və 2018-ci ildə Dünyanın ən yaxşı üçüncüsü ünvanını qazanıb.
OXŞAR XƏBƏRLƏR