“Heç vaxt spirtli içki qəbul etməmişəm, bu gün ilk dəfə edəcəm” - Dambrauskas

“Heç vaxt spirtli içki qəbul etməmişəm, bu gün ilk dəfə edəcəm” - Dambrauskas
İDMAN
01:03 26.08.2026
187
"Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının tarixi uğurundan sonra açıqlama verib.

Litvalı mütəxəssis futbolçuların oyununu yüksək qiymətləndirib və "Sabah”ın onun məşqçilik karyerasında çalışdırdığı ən yaxşı komanda olduğunu bildirib.

"Oyunçular möhtəşəm oynadılar. ‘Sabah’ karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq. Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm.”

Baş məşqçi azarkeşlərin də qələbədəki rolunu xüsusi qeyd edib:

"Stadiona gələn azarkeşlər bu gecəni unutmayacaqlar. Mən bu günü qeyd edəcəyəm. Heç vaxt spirtli içki qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm.”
OXŞAR XƏBƏRLƏR