Məşhəd-Mədinə reysini həyata keçirən Səudiyyə Ərəbistanın «Saudi Airlines» aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.
Hadisə təyyarənin Mədinə şəhərinin hava limanına enişi zamanı baş verib. Belə ki, texniki nasazlıq səbəbindən təyyarənin arxa təkərləri açılmayıb və eniş zamanı təyyarənin gövdəsi yerə dəyib. Hadisə nəticəsində içərisində bəzi sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar.(Apa)