ALLAHVERDİ
NADİROĞLU,
İLHAM ƏLİYEV BAKIDAN DÜNYAYA SƏSLƏNDİ
"Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində dedi. Dövlət başçısı Azərbaycanın Bandunq Prinsiplərinə sadiqliyindən, beynəlxalq münasibətlər sahəsində boşluqların yaranması və ikili standartların mövcudluğundan söz açdı. İkili standartların açıq təzahürü kimi, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzinda icra olunması, bəzi qətnamələrin isə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı qəbul olunan qətnamələr kimi, 26 ildən artıq vaxt ərzində kağız üzərində qalmasını diqqətə çatdırdı.
Bununla da Ermənistanın Beynəlxalq hüququn təməl
prinsiplərinə, buna söykənən BMT TŞ-nin qətnamələrinə, Beynəlxalq hüquq və
BMT-nin müəyyənləşdirdiyi beynəlxalq qanunvericiliyə əsaslanan Bandunq Prinsiplərinə
hörmətsiz yanaşması və saymamazlığı bir daha yüksək tribunadan beynəlxalq ictimayyətin
diqqətinə çatdırıldı.
HƏDƏFƏ
VURULAN ARDICIL 3 DƏQİQ ZƏRBƏ
Qoşulmama Hərəkatının açılış mərasimində Azərbaycan
Prezidenti İlham Əliyev bir daha göstərdi ki, Ermənistan rəhbərliyinə verilən
möhlət başa çatdı. Dövlət başçısının əvvəlcə oktyabrın 3-ü Rusiyanın Soçi şəhərində
keçirilən "Valdai" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının
plenar sessiyasında Paşinyanın nöqtəsini "silib” "Qarabağ Azərbaycandır və nida
işarəsi” deməsi ilə İrəvanın məkrli niyyətini puç etdi və Azərbaycanın ərazi
bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirdi.
Ermənistanın baş naziri özünə gəlməmiş daha bir zərbəni Aşqabadda aldı. "Valdai” sammitindən 1 həftə sonra Türkmənistanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası oldu. Prezident İlham Əliyev Aşqabadda faşistlərə qulluq edən erməni generalı Njde haqqında həqiqətləri səsləndirməklə Ermənistan hökumətinin faşist mahiyyətini, erməniçiliyin əsl mahiyyətini MDB zirvə toplantısı iştirakçılarına və dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Hamı üçün aydınlaşdırdı ki, Ermənistan siyasətini fərdlər yox, mürtəca millətçilik və irqi ayrıseçkilik üzərində formalaşmış erməniçilik ideologiyası müəyyənləşdirir.
Hədəfə vurulan ardıcıl 2 zərbə Ermənistanda
çalxalanmalara səbəb oldu. Hətta Nikol Paşinyanın təxribatçı və destruktiv
açıqlamaları belə erməni ictimayyətinin narazılığına su səpə bilmədi. Oktyabrın
25-i isə təcavüzkar Ermənistan haqqında həqiqətlərin 160 ölkə təmsilçinin
iştirak etdiyi tədbirdə səsləndirilməsi sözün əsl mənasında bədnam
qonşularımızın baş nazirini "siyasi nakaut”a göndərdi. Bu onu göstərir ki, Azərbaycanın
diplomatik təzyiqi getdikcə artmaqdadır və bu hələ son deyil.
BANDUNQ PRİNSİPLƏRİ NƏDİR ?
XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və
beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi, Azərbaycanın
haqq səsinin dünyada eşidilməsinə də yeni bir təkan olacaq. Yerigəlmişkən Qoşulmama
Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən,
beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll
olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Bu Hərəkat üzv dövlətlərin
milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması
çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və
hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin
münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı
formalaşıb.
İŞĞALÇI VƏ FAŞİST İDEOLOGİYASINI TƏBLİĞATÇISI
İndi isə diqqət yetirək: bütün bu prinsiplərin
hamısı təşkilatda müşahidəçi qismində qatılan təcavüzkar Ermənistan tərəfindən
kəskin şəkildə pozulub və bu hal onilliklər ərzində davam edir. Bu dövr ərzində
təcavüzkar ölkədə 3 rəhbər dəyişib və hazırda 4-cü rəhbər dövlətə başçılıq
edir. Amma münaqişənin həlli ilə bağlı onlardan heç biri ciddi bir iş görməyib.
Daha doğrusu, gördükləri iş təcavüzün möhkəmləndirilməsi və işğalın qanuniləşdirilməsi
cəhdləri ilə bağlı olub. Ermənistanda 2018-ci ildə həyata keçirilən hakimiyyət
dəyişikliyindən sonra çoxları aparılacaq islahatların qonşularla münasibətə də
müsbət təsir edəcəyinə ümüd bəsləyirdi. Elə buna görə də, Azərbaycan rəhbərliyi Paşinyan və onun
komandasına vəziyyətin mahiyyətini dərk etməyə və Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə Beynəlxalq hüquq çərçivəsində həll
olunmasına çalışması üçün möhlət verdi. Amma Paşinyan bu möhləti düzgün qiymətləndirə
bilmədi. Üstəlik bu fakt bir daha erməni xislətinin üstünü açdı. Göstərdi ki,
ermənilər hakimiyyətdə kimin olmasından asılı olmayaraq, qanlarına işləmiş
işğalçı, faşist ideologiyasından əl çəkə bilmirlər.
QOŞULMAMA HƏRƏKATININ XVIII BAKI ZİRVƏ GÖRÜŞÜ
Azərbaycan paytaxtı Bakıda Qoşulmama Hərəkatının (QH) növbəti 18-ci sammiti keçirilib. "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir
dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək”
mövzusunda keçirilən Sammitdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin
160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdi. 2019-2022-ci
illərdə BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi platformasına Azərbaycan sədrlik
edəcək.
Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verib. Qurumun XVIII Bakı Zirvə Görüşündə qəbul edilən 4 mühüm qətnamədən birinin məhz Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı olması buna bir misaldır.