Həftəiçi sıx olan avtobuslara bayramda məhdudiyyət niyə tətbiq edilir? - VİDEO

Həftəiçi sıx olan avtobuslara bayramda məhdudiyyət niyə tətbiq edilir? - VİDEO
SOSİAL
10:49 21.04.2021
335
"Avtobuslara bayramlarda məhdudiyyət qoyulması vətəndaşları sıx toplaşmaqdan müəyyən qədər çəkinməyə vadar edəcək”.

Bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Könül İsmayılova deyib.

"İctimai nəqliyyatdakı sıxlıq ara məsafəsinin gözlənilməsinə mane olur. Düzdür, hər kəs pandemiyadan yorulub və bayramı normal qaydada qohumlarla birlikdə qeyd etmək istəyir.

Lakin bu məhdudiyyətlər vətəndaşların sıx toplaşmasının qarşısını müəyyən qədər alacaq. Buna görə, avtobuslarla bağlı qərarın effektivliyini görə biləcəyimizi düşünürəm”, - o bildirib.

Həkim peyvənd vurdurmaq istəyənlərin xəstəxanalarda onlayn qeydiyyatının nəzərə alınmamasına da münasibət bildirib:

"Peyvəndlənmə prosesində sıxlıq yaşanması yoluxmanın artmasına səbəb ola bilər. Buna görə qeydiyyatın onlayn aparılması daha düzgündür. Lakin hansısa vətəndaş peyvənd vurdurmaq üçün birbaşa klinikaya yaxınlaşarsa, ona yenidən sıra nömrəsi verilməklə peyvəndlənməsi baş tuta bilər”.

Peyvənd olunan şəxslərin bir il sonra yenidən peyvəndlənməyə cəlb oluna biləcəyini qeyd edən həkim onu da əlavə edib ki, virusa yoluxanlar 3-6 ay sonra peyvənd vurdura bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
14:16 03.07.2026
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
13:49 03.07.2026
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
13:47 03.07.2026
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib