Həftəsonu 48 mindən çox abituriyent II və III qrupa imtahan verəcək

Həftəsonu 48 mindən çox abituriyent II və III qrupa imtahan verəcək
SOSİAL
12:43 23.05.2024
143
Dövlət İmtahan Mərkəzi mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. "İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 23 874, III ixtisas qrupu üzrə imtahanda isə 25 104 nəfər olmaqla, ümumilikdə 48 978 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 25-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 42 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
16:35 22.08.2025
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
16:30 22.08.2025
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
16:19 22.08.2025
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
16:15 22.08.2025
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu
16:07 22.08.2025
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu
Messinin cangüdəninin illik qazancı dodaq uçuqlatdı
16:07 22.08.2025
Messinin cangüdəninin illik qazancı dodaq uçuqlatdı
Trampın keçmiş müşaviri saxlanıldı
15:53 22.08.2025
Trampın keçmiş müşaviri saxlanıldı
Qarabağa səfər üçün icazəni "mygov" platforması ilə də almaq mümkün olacaq
15:51 22.08.2025
Qarabağa səfər üçün icazəni "mygov" platforması ilə də almaq mümkün olacaq
Prezident: Xankəndi tikiş fabriki Qarabağa qardaş özbək xalqından çox böyük hədiyyədir
15:48 22.08.2025
Prezident: Xankəndi tikiş fabriki Qarabağa qardaş özbək xalqından çox böyük hədiyyədir
Ermənistan-Azərbaycan sərhədində zəlzələ oldu
15:46 22.08.2025
Ermənistan-Azərbaycan sərhədində zəlzələ oldu
Litva hava məkanını bağladı - Bu səbəbə görə
15:44 22.08.2025
Litva hava məkanını bağladı - Bu səbəbə görə
"Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək"
15:39 22.08.2025
"Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək"
“Park Yasamal”da hazır mənzillər satışda - “Kristal” - Video
15:36 22.08.2025
“Park Yasamal”da hazır mənzillər satışda - “Kristal” - Video
Mehmet Ali Erbil 6-cı dəfə evlənir - Bu tarixdə
15:34 22.08.2025
Mehmet Ali Erbil 6-cı dəfə evlənir - Bu tarixdə
Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək
15:19 22.08.2025
Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək
"Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə müsbət təsir edəcək"
15:18 22.08.2025
"Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə müsbət təsir edəcək"