"Həkim Jalə Qarayevanı tanıyandan sonra, səhiyyəmizə inamım daha da artdı" - Onu yaxından tanıyaq

"Həkim Jalə Qarayevanı tanıyandan sonra, səhiyyəmizə inamım daha da artdı" - Onu yaxından tanıyaq
SAĞLAMLIQ
15:13 20.06.2017
12492
AZXEBER.COM yeni rubrikaya start verir. Bu gündən etibarən Tibb sahəsində uğur qazanan həkimlər haqda silsilə yazılar yayımlanacaq.
 
Rubrikamızın ilk qəhrəmanı nevroloq Jalə Qarayevadır. 
 
DR. Jalə Qarayeva - Türkiyede ixtisaslaşmış nevroloq, EEQ üzrә mütәxәssisidir. O 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 2007-ci ildə bitirmişdir. Türkiyənin Ankara Gazi Xəstəxanasının nevrologiya kafedrasında ixtisaslaşmışdır.

Jalə xanım gənc olmasına baxmayaraq öz ixtisasına dərindən bələd olan və pasientləri ilə dost olmağı bacaran həkimlərdəndir. Onları səbrlə dinləyib, problemi həll edən Jalə Qarayevanın qəbulunda olarkən maraqlı halla qarşılaşdıq. Jalə xanımı gözləyən xəstələrdən biri dedi:

"Mənim heç ağlıma gəlməzdi ki, Azərbaycanda bu cür savadlı həkim ola bilər. Oğlum dəfələrlə müalicə üçün xarici ölkələrə: İrana, Türkiyəyə aparmışam. Bu səbəbdən də artıq xırda bir ağrı olan kimi, xarici ölkələrə getməyi düşünürük. Ancaq Jalə xanımı tanıyandan sonra əmin oldum ki, Azərbaycanda savadlı, gənc kadrlar var. Jalə Qarayevanın tərcümeyi-halını oxuyandan sonra isə tam əmin oldum ki, öz həkimlərimizə güvənə bilərik".
 
Hər həftənin şənbə günü "Grand Hospital"da bu halla qarşılaşa bilərik. Xəstələrin düşüncəsi isə eynidir: "Həkim Jalə Qarayevanı tanıyandan sonra, səhiyyəmizə inamım daha da artıb" 

Təsadüfi deyil ki, Jalə Qarayeva Milli Nevrologiya jurnalında dərc olunmuş "Kəskin dövr işemik insultlarda endovaskulyar terapiyanın rolu" adlı elmi məqalənin müəlliflərindən biridir. O "Sağlam həyat naminə" beynəlxalq elmi tibbi jurnalında "Başağrıları" adlı məqalənin müəllifidir. Qəhrəmanımız
"İlin həkimi" diplomuna və "Qızıl fonendoskop" fəxri media mükafatına layiq görülmüşdür.
 
Jalə Qarayeva Azәrbaycan vә Türkiyә Respublikalarında bir çox kurslar, seminarlar vә konfranslarda iştirak etmiş ve bir sıra sertifikatlar əldə etmişdir. Onlardan bəzilərinin siyahısını təqdim edirik:
- 3-cü Nörolojik Fizyoterapi Sempozyumu - Ankara Gazi Hastanesi;
- "Dirençli Epilepsi Sempozyumu" - Ankara Mövenpick Hotel;
- EEQ kursu - Memoria Tibb Mәrkәzi;
- Ә.Ә adına ADHTİ-da nevrologiya üzrә kurs;
- Hәkimlәrin Sertifikasiya Şәhadәtnamәsi-ni yüksәk nәticә ilә keçmişdir;
- "1st İnternational Neurology Congress of Turkish Speaking Countries"
- Hilton Otel; -"İnvaziv radiologiyanın müasir tebabetde rolu" konfransı;
- Azәrbaycan Nevroloqlarının 5-ci Konfransı;
- "İnternational Headache Societ" konfransı
-"Acil" kursu -"Hareket bozukluklarının cerrahi tedavisinde gelişmeler" seminarı
-"2nd Baku İnternational Medical Congress" konfransı -"Autumn Symposium of Turkey and Azerbaijan" konfransı
-"Современное представление о диагностике,терапевтическом и хирургическом лечении эпилепсии" seminarı

Hal-hazırda həftə içi 5 gün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinika və şənbə günü isə Grand Hospitalda çalışır.

Müalicə etdiyi xəstəliklər:
- Əsəbilik,nevroz,depressiyalar
- Epilepsiya;
- Müxtәlif növ baş ağrıları, başgicәllәnmәlәr;
- Yuxu vә yaddaş problemlәri;
- Enurez
- Müxtәlif növ onurğa problemlәri (boyun, bel ağrıları);
- Serebrovaskulyar xəstəliklər(insultlar)
- Müxtәlif növ sinir vә әzәlә problemleri

Jalə Qarayteva üçün əlaqə nömrəsi: 050 363 10 02 
www.nevroloq.az
Instagram: nevroloq.jale.qarayeva
Facebook: Nevroloq Dr.Jale Qarayeva
 


OXŞAR XƏBƏRLƏR