Həkim: “Koronaviruslu xəstələrin təxminən 10 %-ə qədərində böyrəklər zədələnir”

SAĞLAMLIQ
15:29 12.08.2021
823
"Araşdırmalara görə, koronaviruslu xəstələrin təxminən 10 %-ə qədərində xəstəlik zamanı böyrəklər zədələnir. Çünki müalicələr zamanı çox sayda dərman qəbulu olur. Bu da böyrək və qaraciyər vasitəsilə orqanimzdən xaric olunur”.

AZXEBER.COM-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

O qeyd edib ki, koronavirusa yoluxma zamanı orqanizmdə oksigen çatışmazlığından böyrəklərə ziyan dəyir: "Yaxud da qanda laxtalanma zamanı da böyrəklərimiz zədələnir”.

OXŞAR XƏBƏRLƏR