Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

SAĞLAMLIQ
23:20 23.09.2021
844
2019-cu ilin sonunda ortaya çıxan koronavirus infeksiyası bu yaxınlaradək uşaqlardan yan keçirdi. Ancaq virus daim mutasiyaya uğrayaraq sürətlə dəyişib və artıq azyaşlılar üçün də təhlükə mənbəyinə çevrilib.

Media.Az bu barədə həkim-pediatr Elza Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, Azərbaycanda uşaqların koronavirusa yoluxmasıyla bağlı rəsmi məlumatlar yoxdur.

"Ehtimal ki, azyaşlılar yoluxanların ümumi sayının 7-8%-ni təşkil edir. Əvvəllər COVID-19 nadir hallarda uşaqlara təsir edir və praktiki olaraq, bu kateqoriyadan olan vətəndaşlar üçün heç bir təhlükə yaratmırdı. Lakin 2020-ci ilin oktyabr ayında uşaqlar arasında yoluxma nisbətini artıran "Delta” variantı ortaya çıxdı.

Əvvəllər xəstələr virusu asanlıqla keçirirdilərsə, indi onların çoxu xəstəliyin daha ağır gedişi ilə üzləşirlər. Böyüklərlə müqayisədə uşaqlar koronavirusu daha asan keçirirlər. Bu iki kateqoriyadan olan şəxslər arasında əsas fərq xəstəliyin əlamətlərindədir. Əvvəlcə bu əlamətlər tənəffüs yollarının kəskin viruslu infeksiyalarını xatırladır: zəiflik, iştahsızlıq, 39-40 dərəcə temperatur, quru öskürək və boğaz ağrısı. Çox vaxt uşaqlarda COVID-19-un əsas əlaməti mədə-bağırsaq traktının pozulması, yəni ürəkbulanma, qusma və ishaldır.

Əksər hallarda valideynlər uşağın bu vəziyyətini qida zəhərlənməsi ilə qarışdırırlar, amma yüksək temperatur virus mənşəli infeksiyanı göstərir. Bəzi uşaqlarda COVID-19-un zəhərli təsirləri səbəbiylə xəstəlik dəri səpkiləri ilə müşayiət olunur. Bu hal xüsusi müalicə tələb etmir və zaman ötdükcə keçib gedir”, - deyə Elza xanım qeyd edib.

Onun sözlərinə görə, uşaq xəstələndiyi halda, ilk növbədə sahə həkiminə məlumat vermək lazımdır. Bu, xəstəliyin mümkün ağır gedişatı zamanı uşağın vaxtında xəstəxanaya yerləşdirilməsi üçün vacibdir.

"Ümumi qayda olaraq, xəstələrimə bol maye içməyi, yaxşı qidalanmağı və istirahət etməyi məsləhət görürəm. Sağalandan sonra bir müddət uşaqda tərləmə, iştahsızlıq və quru öskürək davam edə bilər.

Təəssüf ki, COVID-19-dan sonra fəsadların qarşısını almaq həmişə mümkün olmur. Bunlardan ən çox yayılanı viruslu pnevmoniya, başqa sözlə, bu və ya digər yoluxucu virusun, bizim halda koronavirusun ağciyərlərin tənəffüs bölmələrində yaratdığı kəskin iltihabdır.

Həm də koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir. Bu, yüksək temperatur, aşağı təzyiq, oksigen çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, meningit sindromları, dəri səpkiləri, hipotoniya və ən pis hallarda orqan çatışmazlığına səbəb olan orqanizmin bir neçə sisteminə eyni anda təsir edən iltihabi prosesdir.

Bu xəstəlik çox təhlükəlidir və tənəffüs çatışmazlığı, miokardit və aritmiya kimi ağırlaşmalara səbəb ola bilər. Bu sindromdan şübhələndiyim iki xəstəm var idi. Həmin uşaqlar xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən artıq sağalıblar və indi evdədirlər”, - deyə həkim bildirib.

Elza xanım, həmçinin uşaq immunitetinin kimyəvi maddələrlə gücləndirilmədiyini, bunun yalnız düzgün qidalanma, idman, sağlam yuxu və təmiz hava ilə mümkün olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:22 25.01.2022

QHT Agentliyinin rəhbərliyi Türkiyəyə getdi

17:13 25.01.2022

"Başqa kişi ilə danışanda tutmuşam" - Fermadan asılmış meyiti tapılan Münəvvərdən xəbər var

17:06 25.01.2022

Hava şəraiti ilə əlaqədar Türkiyənin bir vilayətində “narıncı” xəbərdarlıq elan edildi - VİDEO

17:04 25.01.2022

"Azərbaycan – Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur"

17:01 25.01.2022

“Pfizer” və “BioNTech” “Omikron” ştamına qarşı vaksin üzərində sınaqlara başlanıldı

16:42 25.01.2022

Tanınmış aktyorun oğlu özünü güllələdi - FOTO

16:30 25.01.2022

Azərbaycanda mağazaya hücum edərək satıcılara belə xəsarət yetirdilər - VİDEO

16:27 25.01.2022

İlham Əliyev Zelenskiyə zəng etdi

16:26 25.01.2022

Xaçmazın icra başçısı Şəhidlər xiyabanından qovulub? - VİDEO + AÇIQLAMA

16:24 25.01.2022

Azərbaycanda orta məktəbin döşəməsi və tavanı çökdü - FOTO

16:09 25.01.2022

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşdü

16:07 25.01.2022

Bakıda maşından 11 min manat oğurlandı

15:47 25.01.2022

Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO

15:44 25.01.2022

Telekanallar HD formatda yayıma başlayacaq

15:40 25.01.2022

Azərbaycanda komandoların sərt iqlim şəraitində təlimlərindən görüntülər - VİDEO

15:24 25.01.2022

Bakıda keçmiş polisə atəş açan şəxs onun ailə üzvü olub - TƏFƏRRÜAT