"Həkim pulumu qaytarmasa başqa tədbirlər görüləcək" - Mənzurə

"Həkim pulumu qaytarmasa başqa tədbirlər görüləcək" - Mənzurə
MAQAZİN
11:04 29.07.2025
188
"Camaat gedir əməliyyat elətdiri ki, üzü gözəlləşsin. Mənim əməliyyatımdan sonra gözlərimin altı pis günə düşüb".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğəni Mənzurə Musayeva "Xəzər axşamı" verilişində deyib.
 
Sənətçi həkimdən pulunu geri tələb etdiyini bildirib:
 
"Əməliyyatdan sonra belə görünməli deyildim. Gözümün altında olmayan torbalar və buxaq meydana gəlib. Camaat əməliyyat etdiri ki, gözəlləşdin, məndə əksinə oldu. Hələ də həkimlə razıla bilməmişik, pulu qaytarmır. Söz-söhbətimiz davam edir. Qaytarmasa başqa tədbirlər görüləcək. Çünki yenidən əməliyyat olunmalıyam. Amma o həkimə artıq etibar etmirəm, pulumu versin başqa həkimə gedim. 6 min manat ödəmişəm, bir manat da geri qaytarılmayıb".
 
Aysel
OXŞAR XƏBƏRLƏR