Həkim tibb bacısına hücum çəkdi - FOTOLAR

DÜNYA
15:40 15.10.2014
5686
Türkiyədə xəstəxanaların birində həkim tibb bacısına qayçı ilə hücum edib.AZXEBER.COM-un məlumatına görə, hadisə Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasında baş verib.Xəstəxananın baş cərrahı Sedat D. Tibb bacısı Hüsamettin Y.-yə hücum edib. Cərrahla tibbi bacısının mübahisəsi xəstə üstündə düşüb. Tibb bacısı əməliyyat olunan ağır xəstənin altını təmizləmək istəməyib.Bu səbəbdən həkimlə mübahisə edərək otaqdan çıxıb. Həkim isə öz növbəsində əlində qayçı ilə dəli kimi tibb bacısının dalınca çıxıb. O, tibb bacısının boğazından yaralayıb. Xəstəxanada olan digər xəstələr və işçilər məsələyə qarışıb.Cərrah xəstəxanadan çıxarılarkən mühafizəçilərə də hücum edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR