Həkim: “Vaksinasiya faydalı işdir və ona can atmaq lazımdır”

Həkim: “Vaksinasiya faydalı işdir və ona can atmaq lazımdır”
SAĞLAMLIQ
21:24 12.04.2021
747
Azərbaycan koronavirusun üçüncü dalğasını yaşayır. Bəzi günlərdə yoluxma sayı 2000 nəfəri ötür. Vaksinasiya prosesinə baxmayaraq, hələ də pandemiyanı nə vaxt məğlub edəcəyimiz barədə dəqiq fikir yürüdə bilmirik.

AZXEBER.COM bu barədə daha ətraflı pandemiya xəstəxanasının həkimi Murad Məmmədli ilə danışıb.

Həkim bildirib ki, COVID-19-a qarşı anticismlər öz təsirini bir neçə ay ərzində qoruyur. Bu isə o deməkdir ki, peyvəndlənmə mövsümi ola bilər.

"Hərçənd bunu dəqiqliklə demək hələ tezdir. Hazırda bütün dünya üzrə elm adamları bu mövzuda araşdırmalar aparırlar. Bəzi tədqiqatçılar peyvəndin orqanizmi altı aydan bir ilədək, bəzi hallarda bir neçə ilədək də qoruya biləcəyinə inanırlar. Ancaq vaksinasiya mütləqdir. Pandemiyanı məğlub etməyin yeganə yolu budur. Bəli, peyvəndin 100% zəmanət vermədiyi ilə razıyam, ancaq ən azından xəstəliyi çox yumşaq bir formada keçirməyinizə imkan verəcək.

Bir çoxları səhvən peyvənd olunduqdan dərhal sonra xəstələndiklərini düşünür. Əslində isə nəzərə almaq lazımdır ki, peyvənd bir neçə həftə aralığında tətbiq olunan iki dozadan ibarətdir. COVID-19 vaksinindən sonra immunitet, maksimum 56 gündən sonra yaranır. Bu iki aya yaxın bir müddətdə isə hər bir kəs infeksiyaya yoluxmamaq üçün özünü qorumalıdır. Buna görə də, insanlar vaksinasiyanın zərərli deyil, faydalı iş olduğunu anlamalı, bunun üçün çalışmalı, boyun qaçırmamalıdır”, - deyə M.Məmmədli qeyd edib.

O, peyvənd olunanlara əlavə güzəştlərin verilməsi məsələsinə də toxunub. Həkim bu məsələyə yanaşmada hər iki mövqeni müdafiə edənlərin haqlı olduğunu bildirib.  

"Belə söz-söhbətlər var. Mən də bir tərəfdən düşünürəm ki, peyvənd olunanlara hər hansı bir üstünlüklərin verilməsi ədalətli deyil. Lakin digər tərəfdən, bu, hələ vaksinasiyadan keçməyən vətəndaşlar üçün əlavə bir təşviq üsulu ola bilər. Prinsipcə, peyvənd olunanlar asanlıqla ölkəni gəzə bilər, xaricə səyahət edə bilər. Çünki onlar virus daşıyıcısı deyillər və bu səbəbdən də onların mövcudluğu digər vətəndaşlar üçün yoluxma riskini daşımır”, - deyə həkim vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB