Həkim yeni mutasiyalara qarşı əhalini kütləvi peyvəndləməyə çağırıb

Həkim yeni mutasiyalara qarşı əhalini kütləvi peyvəndləməyə çağırıb
SOSİAL
11:51 22.10.2021
237
"Hazırda dünyada, xüsusilə bizim regionda və Azərbaycanda yoluxma dinamikasında artımı nəzərə alaraq insanların sosial məsafə, qapalı məkanlarda mütləq maskadan istifadə, gigiyenik qaydalara əməl etməsi və peyvənd olunması tövsiyə olunur”.

Bunu "Report”a açıqlamasında həkim-infeksionist Səxavət Xəlilli deyib.

Onun sözlərinə görə, zaman keçdikcə vurulan peyvəndin qoruyuculuğunda azalma olur və buna görə də ikinci dozadan, təxminən, 5 ay sonra buster (qüvvətləndirici) dozanın qəbulu ilə qoruyuculuğun dəfələrlə artması elmi araşdırmalarda sübut olunub: "Buster dozanın daha uzunmüddətli qoruyucu olacağı düşünülür”.

"İngiltərədə elm adamları koronavirusun daha yoluxucu forması ola biləcək AY.4.2 mutasiyasını izlədiklərini bildirirlər. Bu mutasiyanın dünyada yoluxmanın sürətlə artmasına səbəb olan "Delta” ştamından daha yoluxucu olduğu ehtimal olunur. İngiltərədə yoluxmanın çox olmasının və daha sürətlə artmasının səbəbi kimi AY.4.2 mutasiyasının olması və yoluxanların 10 %-nin bu variantla yoluxduğu bildirilir. Xəstəliyin klinik əlamətlərində bu varianta spesifik olan hər hansısa fərqli simptom qeyd olunmur”, - mütəxəssis bildirib.

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni AY.4.2 mutasiyası qeydə alınıb. Həmin variantın "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir xəstənin təxminən 9 nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'