Həkimdən “Delta” ştammı ilə bağlı VACİB XƏBƏRDARLIQ

Həkimdən “Delta” ştammı ilə bağlı VACİB XƏBƏRDARLIQ
SAĞLAMLIQ
10:32 17.07.2021
1147
Bir ildən çoxdur davam edən pandemiya dövründə koronavirus infeksiyası ilə mübarizə aparılsa da virus mutasiya etməkdə davam edir.

Əvvəlcə "Britaniya” ştammı, daha sonra "Hindistan” ştammı və "Delta/Delta plus” variantları bu gün bir çox ölkələrdə sürətlə yayılmağa başlayıb.

Həkimlərin sözlərinə görə, virusun bu variantı həm yoluxuculuq əmsalına, həm də xəstəliyin perioduna görə daha ağır ola bilər.

Bəs bundan özümüzü necə qoruyaq? Vəziyyətin ağırlaşmağa doğru getdiyi bir dönəmdə infeksiyadan qorunmağın yolları nələrdir?

Oxu.Az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Dr. Tamilla Əliyeva cavablandırıb.

O bildirib ku, "Delta” ştammından qorunmağın ən effektiv yolu vaksinasiyadır:

"Koronavirusun ilk dəfə Hindistanda aşkarlanmış "Delta” ştammı artıq dünyanın 100-dən artıq ölkəsində qeydə alınıb. Bu ştamm daha çox Avropa ölkələrində, Maldiv adalarında, ABŞ-da yayılıb. Son günlər Azərbaycanda aparılan tədqiqatların nəticələrinə görə, ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
İngilis ekspertləri hesab edirlər ki, "Delta” koronavirusun ilkin tipindən 50 % artıq yoluxucudur.

Bir həkim kimi qətiyyətlə deyə bilərəm ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyətin səbəbi də məhz indiyə qədər aparılan peyvəndlənmə prosesidir”.

Həkim qorunma vasitələrinin istifadəsi ilə bağlı dünya təcrübəsindən də danışıb:

"Göründüyü kimi, dünyada peyvənd olunanların da yeni ştammlara yoluxduğu, amma bu şəxslərin xəstəliyi yüngül keçirdikləri müşahidə olunur. Peyvənd olunanlar xəstəliyi simptomsuz keçirir və xəstəxanaya yerləşdirilmə faizləri olduqca aşağıdır.

Koronavirusun əvvəlki simptomları öskürək, temperatur, nəfəs darlığı, dadbilmə və qoxu hissinin itirilməsi idisə, "Delta” variantının əsas simptomları başağrısı, burun axması, asqırma və boğaz ağrısıdır. Əgər əvvəllər koronavirus əsasən yaşlılara təsir edirdisə, indi gənclər (14-29 yaş arası), xüsusən də yeniyetmələr infeksiyaya daha tez yoluxurlar. "Delta” ştammının fərqləndirici xüsusiyyəti onun mədə-bağırsaqda, həzm sistemində yaratdığı pozğunluqlardır. Belə ki, COVID-19-un "Delta” ştammı ilə yoluxan hər üçüncü xəstədə həzm sisteminin pozulması müşahidə olunur.

Koronavirusun yeni ştammlarının sürətlə yayılması hər birimizi özümüzə və ətrafımızdakılara qarşı məsuliyyətli olmağa çağırır. Belə ki, koronavirusun "Delta” və "Britaniya” ştammları yüksək yoluxdurma riskinə malikdir. Ona görə də, vaksinasiya ilə yanaşı, tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara riayət edilməsi xəstəlikdən qorunmağın etibarlı yoludur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz