Həkimdən xəbərdarlıq: “Barmaq və dırnaqlardakı deformasiya ciddi xəstəlik əlamətidir”

SAĞLAMLIQ
10:49 18.10.2023
363
Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Dr. Sərvət Altay barmaq və dırnaqlarda baş verən dəyişikliklərin bir çox xəstəliklərin əlaməti olduğunu bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərvət Altay həkimlərin fiziki müayinə ilə bir çox xəstəliyin ilkin diaqnozunu qoya biləcəyini bildirib.

Bəzi xəstəliklərin qabaqcıl müayinə və görüntüləmə testlərinə ehtiyac olmadan müəyyən edilə biləcəyini vurğulayan Altay "Ələ, barmaqlara və dırnaqlara baxaraq bəzi xəstəliklərdən şübhələnmək olar. Əllərində, barmaqlarında və dırnaqlarında dəyişiklik görənlər həkimə müraciət etməlidirlər" - deyə qeyd edib. 

"Dırnaqlar çox ağarırsa qaraciyər serrozu xəstəliyinin əlaməti ola bilər, barmaqlarda və dırnaqlarda sıyrıqlar varsa qan azlığı, barmaqlarda ləkələr varsa bu, sədəf kimi revmatik xəstəliklərin əlamətidir. Barmaq bənövşəyi rəngə çevrilirsə qan xəstəlikləri və ürək çatışmazlığı, çubuq formalı barmaq ürək və KOAH kimi xəstəliklərin olduğuna işarədir. Dırnaqda cizgilər görsək ağlımıza revmatik xəstəliklər gəlir. Biz sadəcə dırnağa və barmağa baxmaqla xəstəlikləri müəyyən edə bilərik. İnsanın barmaq və dırnaqlarında anomaliya varsa, revmatizm, ürək çatışmazlığı, ağciyər və hematoloji xəstəlikləri araşdırmaq lazımdır. Barmaqlar və dırnaqlar insanın aynasıdır” - Sərvət Altay deyib.

Aysel

OXŞAR XƏBƏRLƏR