Özəl xəstəxanalardan birində çalışan həkim xəstələrinə Yeni il mesajı göndərmək istəyərkən kollektiv şəkildə "Sizdə xərçəng var” mesajı göndərib.
AZXEBER.COM xəbər verir ki, sözügedən hadisə İngiltərədəki özəl xəstəxanalardan birində baş verib.
Belə ki, həkim xəstələrinə kollektiv Yeni il mesajı göndərmək istəyib. Həkimin Yeni il mesajı əvəzinə "Diaqnozunuz: Ağciyər xərçəngi” mesajı göndərməsindən sonra xəstələr təşviş içində xəstəxanaya qaçıblar.
Məlum olub ki, Yeni il mesajı göndərilərkən səhvə yol verilib.
Ayşən