“Həkimə 3 manat pul verilib" - Nazirlikdən rüşvət alan həkimlə bağlı açıqlama

“Həkimə 3 manat pul verilib" - Nazirlikdən rüşvət alan həkimlə bağlı açıqlama
SOSİAL
18:29 19.12.2019
8646
Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Nazirlik məsələnin araşdırıldığını bildirib.

"Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, - Nazirlikdən bildirilib. 
OXŞAR XƏBƏRLƏR