Həkimi Trampın tibbi müayinəsinin nəticələrini açıqladı: Ürəyi 14 yaş cavandır

Həkimi Trampın tibbi müayinəsinin nəticələrini açıqladı: Ürəyi 14 yaş cavandır
DÜNYA
15:40 11.10.2025
312
ABŞ Prezidenti Donald Trampın səhhəti əla vəziyyətdədir, onun ürək-damar, ağciyər və nevroloji sistemləri güclüdür.

Bu barədə Trampın şəxsi həkimi öz "X" hesabında paylaşım edib.

"Prezident Tramp əla koqnitiv və fiziki sağlamlıq nümayiş etdirir, dövlət başçısı kimi vəzifələrini icra etməyə tam şəkildə hazırdır", - deyə həkim paylaşımında bildirib.

Daha sonra Donald Trampın tam tibbi müayinəsinin nəticələrini əks etdirən sənəd dərc olunub. Hesabatda ABŞ prezidentinin həkimi qeyd edib ki, tibbi parametrlərə əsasən, onun ürək-damar sağlamlığı faktiki yaşından 14 yaş kiçik bir insanın sağlamlığına uyğundur. O vurğulayıb ki, prezident gərgin gündəlik iş qrafikini davam etdirir və fiziki fəaliyyətlə bağlı heç bir məhdudiyyəti yoxdur.
//oxu.az
 

OXŞAR XƏBƏRLƏR