Həkimlər doğuş üçün tezdi dedilər, qız tualetdə ana oldu

Həkimlər doğuş üçün tezdi dedilər, qız tualetdə ana oldu
DÜNYA
13:41 26.08.2016
3562
Türkiyədə maraqlı doğuş qeydə alınıb. AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bir qadın erkən doğum riski ilə xəstəxanaya yerləşdirilib. Qadın gecə saatlarında ağrılarının artıdığını desə də, həkimlər doğuş üçün tez olduğunu bildirib. Sadəcə ağrıkəsici dərman vermək ilə kifayətləniblər. Dərmandan sonra ağrıları daha artan qadın bir neçə saat sonra ayaqyoluna gedərkən doğuş başlayıb. 
Qadın hadisəni belə izah edib:”Gecə 01:30 olardı. Sancılarım artınca ayaqyoluna getdim. Qapını açanda uşağın başını əlimlə tutmağa çalışdım. Amma əlimdən sürüşərək yerə düşdü”.Körpənin anası və atası bu hadisədən ötrü xəstəxanadan şikayət ediblər.
Qızılgül
OXŞAR XƏBƏRLƏR