Həkim səhlənkarlığı koronavirusa yoluxan uşağın ölümünə səbəb oldu: Görüntülər hər kəsi şoka saldı - VİDEO

Həkim səhlənkarlığı koronavirusa yoluxan uşağın ölümünə səbəb oldu: Görüntülər hər kəsi şoka saldı - VİDEO
DÜNYA
12:33 24.10.2022
553
6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə mübarizə üçün ciddi qaydalar qoyan Çində qan donduran bir görüntü yayılıb. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə Çində Quo Jinjin adlı 14 yaşlı qız koronavirusa yoluxduğu səbəbilə Ruzhou şəhərindəki karantin mərkəzinə aparılıb. Lakin balaca qıza heç kim köməklik göstərməyib, bu səbəbdən də Quo Jinjinin səhhəti pisləşib. Titrəməyə başlayan və ürək tutması keçirən Quo Jincin-ə karantin mərkəzindəki həkimlər müdaxilə etməyib. Sonda qız vəfat edib.

Videoda kiçik qızın qıcolması olduğu halda, ailəsi Pekin rəhbərliyinə sərt reaksiya verib. Çində Douyin kimi tanınan sosial media platforması TikTok-da qızının son görüntülərini paylaşan ata Quo Lele həkimlərdən şikayətlənib:
 
"Mərkəzdəki tibb işçiləri qızımın sağlamlığına əhəmiyyət vermədilər, hətta onun haqqında istintaq da açılmadı".
 
Həmin videonu təqdim edirik:
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR