Həkimlər sınıqçıların hansı sirrini çözə bilmirlər? - FOTO

Həkimlər sınıqçıların hansı sirrini çözə bilmirlər? - FOTO
SOSİAL
16:29 15.11.2016
1107
Tibb elminin inkişafı, hələ də xalq təbabətini aradan çıxara bilməyib. Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır.
 
AZXEBER.COM xəbər verir ki, sputnik.az-ın əməkdaşı sınıqçıların nə dərəcədə peşəkar olması və insanların marağını hansı cəhətləri ilə özünə cəlb etməsini araşdırmağa çalışıb. Həkim Tofiq İsmayılovun sözlərinə görə, sınıqçılar peşəkarlıqda heç də həkimlərdən geri qalmırlar: "Mənim özümü də uşaq vaxtı çox sınıqçıya aparıblar. Baxır sınıqçının peşəkarlığına. Yaxşı sınıqçılar hal-hazırda da var. Amma müasir avadanlıq və tibb inkişaf edibsə, o zaman həkimlərə müraciət etmək lazımdır. Yalnız çıxılmaz vəziyyət olarsa, o zaman peşəkar sınıqçıya getmək olar". "Müasir dövrdə oturaq həyat tərzi keçirən insanlar arasında skalioz xəstəliyi artıb. Bu xəstəliklə də sınıqçılara müraciət edənlər az deyil. Sadəcə zamanında müraciət etmək lazımdır, əks halda nəinki sınıqçı, heç həkimlər də kömək edə bilmirlər", - T. İsmayılov bildirib.
 
Tibbi ekspert və həkim Adil Qeybulla isə insanları birmənalı həkimlərə getməyə səsləyib: "Cərrahlıq meydana gələnə kimi sınıqçı adlandırdığımız el həkimləri populyar idilər. Sınıqçı da hərəkətin pozulması, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Sınıqçılar öncə zədəni müəyyən edirlər, sonra yumşaldıcı vasitələrdən istifadə edirlər. Çünki sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur".
"Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradırlar ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin", - ekspert qeyd edib. Onun sözlərinə görə, sınıqçılar bunları yaxşı bildikləri üçün, sümükləri düzgün müalicə edə biliblər və insanların etibarını qazanıblar: "Amma, müasir dövrdə buna ehtiyac yoxdur. Müasir təbabət getdikcə yenilənir və daha dəqiq diaqnozlar qoymaqla daha yaxşı nəticələr əldə etmiş olurlar".
 
Psixoloq Tariyel Faziloğlu isə insanların sınıqçıya üz tutmalarının iki psixoloji səbəbinin olduğunu diqqətə çatdırıb: "Bunun psixoloji tərəflərindən biri odur ki, Azərbaycanda əhalinin əksəriyyəti səhiyyə sisteminə inanmır və daha çox sınanmış vasitələrdən istifadə edir. Bu da türkəçarədir. İkinci səbəb isə onunla bağlıdır ki, səhiyyə sisteminin təklif etdiyi qiymətlərlə əhalinin maddi durumu üst-üstə düşmür". "Tibbi sığorta da yoxdur. Bütün bunlar əhalini həkimdən uzaqlaşdırır. Buna görə də insan həkimin əlinə düşməkdənsə, sınanmış sınıqçıya daha çox üstünlük verir. Ucuz və keyfiyyətli olduğunu düşünürlər", - psixoloq vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır