“Həkimlərimiz lazımsız verilişlərə pul ödəyir ki…” - Televiziyalarda həkim reklamları qadağan edilir

“Həkimlərimiz lazımsız verilişlərə pul ödəyir ki…” - Televiziyalarda həkim reklamları qadağan edilir
SOSİAL
13:21 04.02.2025
706
"Həkimlərimiz lazımsız verilişlərə artıq məbləğlərdə pullar ödəyir ki, özlərini reklam etdirsinlər. Bu da haqlı olaraq cəmiyyətdə narazılıq yaradır. Tanınmış həkimin heç bir reklama ehtiyacı olmamalıdır".  
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı televiziya kanallarında həkim reklamlarının qadağan olunması ilə bağlı səslənən fikirləri şərh edərkən deyib. 
  
Xanım deputat həkimin pul ilə verilişlərə sponsorluq etməsi və bununla şou xarakterli proqramlarda özlərini reklam etmələrinin qəbulolunmaz olduğunu deyib: 
 
"Dünən Milli Məclisdə səslənən fikirlərlə razıyam. Həkim haqqında müsbət və ya mənfi fikir söyləyərkən bunun əndazəsi olmalıdır. Hər bir şeyin həddi var. Həqiqətən də bu heç qəbul olunan hal deyil ki, həkim öz pulu ilə şouya yatırım etsin. Həkim humanizm, şəfa verən, sağlamlığı qoruyandır, həyata qaytarandır. Əgər həkimin imkanı varsa, pulunu adına uyğun olaraq sosial-humanitar lahiyələrə, hər hansı yardıma ehtiyacı olanlara, müalicəsi üçün yardım gözləyənlərə etməlidir. Bu hal heç kimi qıcıqlandırmaz. Sosial-humanitar layihələr qala-qala həkimlərin şou xarakterli, həkim adına uyğun olmayan yerlərə pul xərcləmələri ictimaiyyəti qıcıqlandırır. Bu cəmiyyətdə qıcıq yaratmaqla yanaşı, qanunverici orqanın təmsilçilərində də qıcıq yaradır".  
  
Reklam haqqında qanuna yenidən baxılacağını deyən İbrahimqızı dəyişikliyin olacağı anonsunu da verib:

"Bütün bunlara nəzərə alaraü Reklam haqqında qanuna yenidən baxılacaq. Bu qanun çərçivəsində və beynəlxalq təcrübələrə əsaslanaraq həyata keçiriləcək. Nəticədə hansısa maddələrdə dəyişiklik ediləcəyi ola biləcəyi gözləniləndir. Çünki dünən keçirilən Milli Məclisin iclasında təkcə Musa Qasımlı deyil, digər deputat həmkarlarım da bununla bağlı haqlı iradını bildirib". 
  
Yaxşı həkimin reklama ehtiyacı yoxdur deyən deputat fikrini belə tamamlayıb: 

"Həkimlərimiz lazımsız verilişlərə artıq məbləğlərdə pullar ödəyir ki, özlərini reklam etdirsinlər. Bu da haqlı olaraq cəmiyyətdə narazılıq yaradır. Tanınmış həkimlərin heç bir reklama ehtiyacı yoxdur".
 
Qeyd edək ki, dünən Milli Məclisin deputatı Aqil Abbas həkimlərin televiziya kanallarında reklam olunması məsələyə münasibət bildirib. O qeyd edib ki, sovet vaxtı hansısa həkim haqqında xoş söz demək də qadağan idi: "İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında həkimlərin, dərmanların reklamı gedir. Buna əncam çəkmək lazımdır.

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev də mövzu ilə bağlı danışıb.

Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" qanuna dəyişiklik daxil edilməlidir:

"Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb