Həkimlərin səhvi üzündən gəlin toydan bir neçə gün sonra öldü

DÜNYA
10:39 23.09.2020
1911
Avstraliyalı Eşli Simraj Ceyson Heyllə evləndikdən bir neçə gün sonra xərçəng xəstəliyindən dünyasını dəyişib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə "Daily Mail Australia" nəşri məlumat dərc edib.

Qızın atasının dediyinə görə, üç il əvvəl, 20 yaşlı qızının ayağında kiçik bir şiş olub. 

Terapevt bunun ümumi bir "ziyil" olduğunu deyərək, cərrahi üsulla müalicə olunacağının mümkünlüyünü bildirib. 

Lakin şişin hansı xassəli olması və s. istiqamətdə lazımi araşdırma aparılmayıb. Bir il sonra, ayaqdakı yaradan qan axmağa başlayıb. Bu zaman Eşli başqa bir həkimə müraciət edib və yaranın melanoma (ət xalı xərçəngi) olduğu söylənilib.

Bu müddət ərzində xərçəng gənc qadının bütün bədənə yayılıb və bir sıra həyati orqanlara öz mənfi təsirini göstərib. 

Uzun müddətli müalicə aparılsa da heç bir effekt verməyib. Həkimlər Eşliyə ömrünə çox az vaxt qaldığını söyləyiblər.

Toy mərasimdən sonra gəlin xəstəxanaya aparılıb, lakin öz istəyi ilə son günlərini ailəsi ilə keçirmək üçün evə qayıdıb. Eşli bir neçə gün sonra dünyasını dəyişib.

Simraj ailəsi səhv diaqnoz qoyan həkimlərə qarşı məhkəməyə müraciət edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:05 20.10.2020

Zəngilan şəhərinin kosmosdan çəkilmiş görüntüsü yayıldı - FOTO

17:58 20.10.2020

Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub - RƏSMİ

17:56 20.10.2020

Ermənistan ordusunun daha iki polkovniki məhv edildi

17:36 20.10.2020

Azərbaycanda bu gün 584 nəfər koronavirusa yoluxdu

17:35 20.10.2020

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

17:24 20.10.2020

Düşmən hücumuna məruz qalan Gəncə sakini dağıdılmış evində “Sarı Gəlin”i ifa edir - VİDEO

17:13 20.10.2020

Şəhriyar Məmmədyarov: "Sevincimin həddi-hüdudu yoxdur"

17:00 20.10.2020

Mehriban Əliyeva xalqı təbrik edib

16:53 20.10.2020

"Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik"

16:46 20.10.2020

Mehriban Əliyeva paylaşım etdi - FOTO

16:45 20.10.2020

İlham Əliyev: "Ermənistan rəhbərliyi özünü düşük kimi aparır"

16:42 20.10.2020

Prezidentin tarixi çıxışının tam - MƏTNİ

16:20 20.10.2020

Erməni ictimai xadim: "Tarix bizi nəinki dəfələrlə cəzalandırıb, heç bir şey öyrətməyib”

16:14 20.10.2020

Ankarada Ermənistana etiraz olaraq avtoyürüş keçirilib - FOTO

16:01 20.10.2020

Ermənilərin Tərtərə atəşi nəticəsində 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

15:53 20.10.2020

Düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının tam - SİYAHISI