Həkimlərin səhvinə görə ölümcül xəstəliyə tutulan uşağın anası hamıdan kömək istəyir – FOTOLAR - MÜSAHİBƏ

Həkimlərin səhvinə görə ölümcül xəstəliyə tutulan uşağın anası hamıdan kömək istəyir –  FOTOLAR - MÜSAHİBƏ
12:51 04.03.2013
3101

“Almaniyanın prezidentinə də kömək üçün məktub yazmışam”

25 fevral tarixində 2006-cı il təvəllüdlü Əliyev Şəhriyar Şahin oğlunun həkimlərin səhvinə görə ən nadir xəstəliklərdən birinə tutulması haqqında xəbər dərc etmişdik.

Şəhriyarın anası Şəhla xanımın redaksiyamıza göndərdiyi məktubda Şəhriyarın mualicəsi üçün 250000 dolların lazım olduğu qeyd etmişdi:

“Oğlum dünyaya gəldikdən sonra həkim nəzarətində olmuş və vaxtaşırı lazımi peyvəndləri vurulmuşdu. 2011-ci ilin avqustun 8-də uşağı sahə həkiminin yanına uşağı apardım və müayinədən keçdikdən sonra məlum olduki uşağın soyuqlaması var. Həkim 4 günün içində 8 ampula antibiotikin vurulmasını tapşırdı. Antibiotikin uşağa vurulmasından sonra onun vəziyyəti pisləşməyə başladı. 12.08.2011-ci il tarixində Hematologiya və Transfuziologiya inistutunda klinik diaqnostika laboratoriyasında uşağın sümüyündən götürülən analizin nəticəsinə görə və qan biokimyəvi müayinəsinə görə “Nımman Pik” (sümük iliyində Nımman_Pik hüceyrələri) aşkar edilib. Bizə dedilər ki, bu xəstəlik milyon adamdan birində rast gəlinir. Çox nadir xəstəlikdir. Həkimlərin sözlərinə görə uşağın dalağı böyüyərək inək dalağı boyda olub. Uşağın bir illik mualicəsi isə 250000 dollara başa gəlir”

Xəbərin verilməsindən bir neçə gün sonra yenidən balaca Şəhriyarın anası Şəhla xanım AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayıb. Gözüyaşlı ana hələ də lazım olan məbləğin tapılmadığını və heç kəsin onlara kömək etmədiyini söyləyib:

Təxmini nə qədər yardım edilib son günlər?

Son bir neçə gündə 20 manat bir, 50 manat bir, 300 dollar da bir yardım ediblər.

Bu şəxsləri tanıyırsınızmı?

Xeyir tanımıram. Hətta biri var idi Yevlaxdan gətirmişdi pulu. 50 manat verdi və dedi ki, tələbəyəm, gücüm buna çatır.

Bəs indiyə kimi nə qədər yardım yığa bilmisiz?

Keçən ilin avqust ayında 8500 manat bir yığmışdıq, 3000 min manat da sonra yığıldı. Apardım uşağın müayinələrinə keçirdim. Uşağı apardım Almaniyaya.

Həkimlər uşağın bu xəstəliyindən nə deyirlər? Müalicə olunarsa yaşa biləcəkmi?

Həkimlər deyir ki, uşaq 2013-cü ilin sonlarına kimi müalicə olunmalıdır. Müalicə olunmasa o ölə bilər. İndi onun böyrəklərində kista əmələ gəlib, qara ciyərində bərkimə, dalağın altında qurd yumurtları əmələ gəlib. Çünki dalaq öz funksiyasını itirib.

Başqa kimlərdən kömək istəmisiniz?

Bütün dövləq qrumlarına məktublar yazmışam. Amma heç bir nəticəsi yoxdu. Prezidentə də məktub yazmışam. Hətta Almaniyanın prezidentinə də kömək üçün məktub yazmışam.

Almaniya prezidentinə niyə?

Çünki uşağın müalicəsi üçün Almaniyaya aparmalı olduğumuzu söyləyiblər.

İndi uşağın vəziyyəti necədi?

İndi uşağı bir təhər həyatda saxlamağa çalışırıq. Amma kömək edən yoxdu. Heç kəsdən bir səs çıxmır. Tək başıma bu uşağı həyatda saxlamağa çalışıram. Hamıdan da mənə kömək olmalarını istəyirəm.

P.S Ailəyə yardım etmək istəyənlər +994519607893ev:+994125964253 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Söhbətləşdi:

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR