İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Fələstin tərəfinin məlumatında deyilir.
"Son 24 saat ərzində bölgənin xəstəxanalarına 59 ölü (o cümlədən dağıntılar altından çıxarılan 9 nəfər) və 208 yaralı daxil olub", - məlumatda qeyd olunub.
Beləliklə, 7 oktyabr 2023-cü il tarixindən bəri ölənlərin ümumi sayı 57 882 nəfərə, yaralıların sayı isə 1 milyon 38 095 nəfərə çatıb. Eyni zamanda, 18 mart 2025-ci il tarixindən etibarən 7 311 nəfər həlak olub, 26 054 nəfər yaralanıb.
/Report