Həlak olan hərbçinin həyat yoldaşı: Məcburi köçkün evimizi zəbt edib -ŞİKAYƏT - FOTOLAR

Həlak olan hərbçinin həyat yoldaşı: Məcburi köçkün evimizi zəbt edib -ŞİKAYƏT - FOTOLAR
SOSİAL
14:34 29.08.2016
3620

Azərbaycanda daha bir hərbçi ailəsi onlara qarşı olan biganəlikdən şikayət edib.

AZXEBER.COM-a müraciət edən hərbçi Oqtay Əhədovun həyat yoldaşı Akifə Əhədova deyib ki, artıq neçə illərdi ki, həyat yoldaşına verilən evə daxil ola bilmir. 

Səbail rayonu 1128-ci keçid ev 21,mənzil 71-in qanuni sahibi olan Akifə Əhədova evinə daxil ola bilməməsinin səbəbi kimi evin məcburi köçkünlər tərəfindən zəbt edilməsini göstərir:

“Biz ailə həyatı qurandan sonra Bakı şəhərinə köçmüşük və 1992-ci ildə həyat yoldaşım nümunəvi hərbçi olduğuna görə ona Müdafiə Nazirliyi tərəfdən mənzil verilmişdir. Ancaq 1993-cü ildən Laçın rayonunun qaçqını bizim mənzilimizi zəbt edərək orada məskunlaşıblar. Bizim evin boş olduğunu görə məcburi köçkün, o gündən bu günə qədər evimizdən çıxmır”.

Akifə Əhədovanın dediyinə görə, həyat yoldaşı 1997-ci ildə vəzifə başında olarkən yol qəzasına düşüb və həlak olub: “1997-ci ildə həyat yoldaşım Oqtay Əhədov kapitan rütbəsində olarkən iş zamanı həlak olmuşdur. O hərbi hissə avtomobilini idarə edərkən qəzaya düşmüşdü. O gündən mənim və ailəmin çətin günləri başladı. Bir yandan qanunu evimizin əlimizdən alınması, daha sonra isə sosial çətinliklər mənə övladlarımı böyütməkdə çətinlik yaşadır”.

Akifə Əhədova deyir ki, onlar doğulduqları Lerik rayonunda kirayəşin qalırlar:

“Hazırda mən 3 uşağımla kirayənişin qalırıq. Müdafiə Nazirliyi də ailəmizin həyatı ilə maraqlanmır.Artıq atam da qocalıb, bizə kömək edə bilmir. Mən anlaya bilmirəm ki, bizim dövlət tərəfindən qanuni evimiz ola-ola nəyə görə, belə sürünməliyik? Sizdən acizanə şəkildə xahiş edirəm ki, mənzilin qaytarılmasına mənə köməklik edəsiniz.

Şikayətçinin dediyinə görə, məhkəmə də onların xeyrinə qərar çıxarıb, lakin məhkəmənin qərarı da icra olunmur. Akifə xanım deyir ki, o prezidentə də məktub yazıb və cavab olaraq deyilib ki, ərizə müvafiq instansiyalara göndərilib: Sizin Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız mənzil məsələsi ilə əlaqədar ərizənizin baxılması üçün Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə daxil olmuşdur.

Təkrarən bildiririk ki, sizə məxsus olan Bakı şəhəri,1128 keçid,ev 21,71 saylı mənzil Laçın rayonundan didərgin düşmüş ailə tərəfindən zəbt edilmişdir. Qaçqın ailələrinin tutduqları yaşayış sahəsindən çıxarılması qaydaları mövcud qanunvericilik aktlarında göstərilmədiyi üçün xahişinizin yerinə yetirilməsi imkan xaricindədir”.

Məhkəmə qərarında da göstərilib ki, Səbail rayonu 1128-ci keçid ev 21,mənzil 71 həqiqətən də hərbçiyə aiddir. Ancaq məhkəmə qərarında həm də o qeyd olunub ki, qərarın icrası Laçın rayonu işğaldan azad olunana qədər təxirə salınmalıdır, çünki qaçqın ailələrinin tutduqları yaşayış sahəsindən çıxarılması qaydaları mövcud qanunvericilik aktlarında göstərilmir.

Qızılgül, AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır