Dünyanın ən maraqlı toy adətləri
Toy dünyanın hər yerində böyük sevincə və şənliyə səbəb olan hadisədir. Amma adət-ənənələr elə fərqlidir ki, hər bir ölkənin toy mərasimləri bir birindən maraqlı görüntülərə səbəb olur. ANS PRESS bəzi ölkələrin ən maraqlı toy adətlərini təqdim edir.
Hindistan
Gindistanda gəlinlər ənənəvi geyim olan sare ilə ərə gedirlər. Bundan əlavə toy günü gəlinlər al-əlvan zinət əşyaları ilə bəzədilirlər. Adətən bu zaman qırmızı rənglər üstünlük təşkil edir.
Bolqarıstan
Bolqarıstanda toy Avropa üsulu ilə keçirilsədə bəzi bölgələrdə hələ də köhnə adət anənələrə riayət edilir. Məsələn, Rodop dağlarının başındakı Ribnovo kəndində gəlin xüsusi makiyajla bəzədilir. Üzü ağappaq olan gəlinin başından xüsusi aksesuarlar asılır. Başının üzəri isə qırmızı tül ilə örtülür. Belə gəlinlər sanki oyuncaq gəlinciyi xatırladırlar. Gənc qızlar musiqi müşayiəti ilə kənddə gəzdirilərək gələcək həyat yoldaşına təhvil verilir.
İsrail
Bəzi yəhudi ailələri qədim adətlərini hələdə qoruyub sxlaya biliblər. Mitzvah Tans adlı rəqs zamanı gəlin ailə üzvlərinin hamısı ilə rəqs edir.
Tayland
Taylandın paytaxtı Banqkoqda gəlin və bəy mərasim zamanı iri bir tabutun içərisinə girir. Tabutlar çəhrayı rəngdə olurlar. Bununlada cütlüklər bütün pis talelərin onlardan uzaqlaşdığına və xoşbəxt olacağına inanırlar.
Afrika
Toyda gəlinlə bəy süpürgənin üzərindən tullanırlar. Bununla onların keçmişə dair pis xatrələri silib atdığı, gələcəyə ümidli baxışını ifadə edir. Modern toylarda isə kol kosdan olan süpürgələri bəzədilən süpürgələr əvəz edir.
Çexiya
Bu ölkədə toy mərasimlərində gəlin və bəy salona girərəkən boşqab qırırlar. Sonra isə xoşbəxtlik üçün birlikdə bu qırıqları süpürürlər. Daha sonra isə onlar birlikdə eyni qabdan taxta qaşıqla şorba yeyirlər.
Almaniya
Nikah mərasimindən sonra gəlin və bəy birlikdə mişarla kötük kəsirlər. Bununlada onlar gələcəkdə qarşılarına çıxacaq bütün çətinliklərlə birlikdə öhdəsindən gələcəyi mənasını verir.
Hollandiyada
Cütlüyün masasının yanında bir ağac qoyulur. Qonaqlar bəy və gəlinə arzularını yazaraq bu ağacdan asırlar.
Mərakeş
Bu ölkədə toylar 7 günə kimi davam edir. İlk gün gəlin süd vannası qəbul edir. Əllərinə və ayaqlarına xına yxılır. Gəlinlik isə bahalı ipək parçadan hazırlanır.













