Müğənni Aytac Vidadiqızı atası, müğənni Vidadi Bərdəlini yad edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi sosial media hesabında atası ilə arxiv görüntülərini yayımlayıb.
Aytacın paylaşıma yazdığı kədərli sözlər diqqət çəkib:
"Səni zaman aparmadı, ata… Sən hələ də ürəyimin ən dərin yerindəsən. Səsin qulağımda, şəfqətin üstümdə, sevgin ruhumda yaşayır. Vidadinin qızı olmaq ömrümün ən böyük fəxridir. Kaş ki, ayrılıqlar olmasa… Amma bil ki, mən hələ də sənin o kövrək, amma sənin qədər güclü qızınam".
Aysel









































