Aktyor və müğənni Murad İsmayıl "Vicdan haqqı” serialı barədə fikirlərini bölüşüb.
AZXEBER.COM xəbər verir ki, aktyor bu barədə də "Pərvizə görə” proqramında danışıb.
O, sözügedən serialı indiyə qədər çəkilən ən baxımlı layihələrdən biri adlandırıb:
"Mən hələ də "Vicdan haqqı”nın çörəyini yeyirəm. Rövşən İsaxa da təşəkkür edirəm. Bilirsən ki, "Vicdan haqqı” bu günə qədər Azərbaycanda çəkilmiş ən çox baxılan seriallardan biridir. Nəinki cavanları, yaşlı aktyorları da tanıtdı, sevdirdi. Mənim tələbəlik illərimə təsadüf etmişdi. Rövşən İsaxdan təklif gəldi, onun böyük rejissor olduğunu bilirdim. Tələbə üçün bundan gözəl təklif ola bilməzdi. Çəkildim, böyük bir komanda, yaxşı aktyorlarla, gözəl ssenari ilə çalışdım.
Seriallarda biz bəzən ssenariyə müdaxilə edirdik, amma burada çox səmimi yazılmışdı, asan idi. Ondan sonra nə qədər seriala çəkilmişəm. Yeganə serialdır ki, onu izləyirdim. İndi o qədər istək-arzum olmur, 5-10 seriyasına ancaq baxıram. Amma "Vicdan haqqı” həyatımı dəyişdi. Efirə dəvət aldım, müğənni kimi çıxış etdim”.
Aysel