Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camalın Azərbaycan və Ermənistan tərəfləri arasında müharibənin yaxınlaşması haqqında söylədiyi fikirlər birmənalı qarşılanmayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda müharibənin başlanma ehtimalı yüksəkdir:
“Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir”
Rusiyalı politoloq eyni zamanda Rusiya-Azərbaycan münasibətləri bu vaxta kimi də o qədər yaxşı olmadığını söyləyib:
“Son vaxtlar isə münasibətlər daha da soyuqlaşıb. Bunun səbəbləri bir sıra faktorlarla bağlıdır. Belə ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının Azərbaycan ərazisindən keçməklə çıxarmaq niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonların müharibə yolu ilə azad etmək istəməsi və bu istiqamətdə NATO və İsrailin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasında münasibətləri soyuqlaşdırıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır, bir sözlə əlini qolunu bağlayır. Və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin”.
AZXEBER.COM məsələylə əlaqədər azərbaycanlıpolitoloq Qabil Hüseynlinin rəyini öyrənib. Qabil Hüseynov rus politoloqla qətiyyən razılaşmadığını deyib:
"Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir. Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır”. Politoloq onu da deyib ki, o Heydər Camal kimi politoloqların fikirlərini ciddiyə almır:
“Heydər Camal daha çox dini mövzularda yazan bir şəxsdir. Düzdür o Kremldə məsələnin ətrafında gedən söz-söhbətlərdən xəbardar olan birisi olsa da, amma mən onu dediklərinə o qədər də bel bağlamıram, çünki müharibə başlasa, regionu birinci Rusiya qızışdıracaq, yəni təxribat xarakteri onlara aiddir. Azərbaycana gəlincə isə biz müharibəyə başlamaq istəmirik, problemi sülh yolu ilə həllini istəyirik. Azərbaycan beynəlxalq qurumlarla da çox ardıcıl surətdə işləyir, bu səbəbdən Rusiyanın təxribatı inanmıram ki, müharibənin başlamasına yetərli olsun. Məhz buna görə Heydər Camal və onun kimi politoloqların fikirlərinə bel bağlamaq lazım deyil. Hələ ki, müharibə ehtimalı sıfıra yaxındır”. Politoloq bu məsələni Rusiyanın regionu qarışdırması üçün atdığı yeni addım olduğunu söyləyib:
“Məsələyə dair digər politoloqların da fikirlərini öyrənmək istəsəkdə, politoloq Vəfa Quluzadə açıqlama verməkdən imtina etdi və bizə bu gün nəşr olunan AZADLIQ qəzetində mövzu ilə bağlı çıxan yazısını oxumağımızı istədi”.
Fatimə İbrahimova