Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər ölüb

DÜNYA
13:55 29.11.2024
142
"Cəbhət ən-Nusra" terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.

Bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

"Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən "Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.
 
///report

OXŞAR XƏBƏRLƏR