Hələbdə silahlıların açdığı atəş nəticəsində Suriya əsgəri öldürülüb

Hələbdə silahlıların açdığı atəş nəticəsində Suriya əsgəri öldürülüb
DÜNYA
23:24 17.08.2021
955
Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə fəaliyyət göstərən qanunsuz silahlı qruplaşma üzvləri tərəfindən Hələb əyalətində bir Suriya əsgəri güllələnərək öldürülüb.

Bu barədə AZXEBER.COM  TASS-a istinadən xəbər verir.

Məlumata görə, silahlı qruplaşma üzvləri Xizvan qəsəbəsi ərazisindən də artilleriya zərbəsi endiriblər.

Həmçinin, ölkənin qərbindəki Hama əyalətində terrorçular tərəfindən açılan atəş nəticəsində 3 suriyalı əsgər yaralanıb.
OXŞAR XƏBƏRLƏR