“Helen” faciəsində itkin düşənlər tapılmır

“Helen” faciəsində itkin düşənlər tapılmır
DÜNYA
15:58 16.10.2024
305
ABŞ-nin Şimali Karolina ştatında 230-dan çox insanın həyatını itirdiyi "Helen” qasırğasında itgin düşən 92 nəfər hələ də tapılmayıb. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Şimali Karolina qubernatoru Roy Kuper qasırğanın nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlama verib. 

Qasırğanın vurduğu əyalətdə hələ də 92 nəfərin itkin olduğunu bildirən Kuper bu rəqəmin önümüzdəki günlərdə arta biləcəyini də qeyd edib. 

Ştatın yerli hakimiyyət orqanları və Milli Qvardiya axtarış-xilasetmə işlərini davam etdirir.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR