Helikopter qəzasında klub prezidentinin öldüyü təsdiqləndi

Helikopter qəzasında klub prezidentinin öldüyü təsdiqləndi
İDMAN
13:36 29.10.2018
2422
İngiltərə polisi Premyer Liqanın 10-cu turunun "Lester" - "Vest Hem" oyunundan (1:1) sonra  meydan sahiblərinin prezidenti Vişay Şrivaddanaprabhanın helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

AZXEBER.COM-un Qərb mediasına istinadən verdiyi xəbərə görə, faciə nəticəsində klub rəhbəri Şrivaddanaprabhanın da həlak olduğu təsdiqlənib. Lakin əvvəl deyildiyi kimi, onun qızı helikopterdə olmayıb.
 
Qəzada klub rəhbərindən başqa helikopterdə olan iki pilot və bir sərnişin dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR