“Helikopterlərin münaqişə zonasında uçması provokasiyadır”

“Helikopterlərin münaqişə zonasında uçması provokasiyadır”
SİYASƏT
16:39 28.11.2014
1381
“Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil”
“Mən Dağlıq Qarabağa tez-tez səfərlər etmişəm. Orada 40 min əhali, yaxud 40 minlik hərbi qüvvə görməmişəm. Xankəndində əhali var, işğal olunmuş vilayət və regionlarda isə əhali yaşamır. Mən yalnız Laçında bir neçə nəfər görmüşəm”. Bu sözləri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza APA-nın Gürcüstandakı müxbirinə eksklüziv açıqlamasında deyib.
Ermənistan hərbi helikopterinin Azərbaycan əsgərləri tərəfindən vurulması hadisəsinə münasibət bildirən M. Brayza hesab edir ki, helikopterlərin həmin ərazidə uçuşu düzgün deyil: “Bu, provokasiyadır. Mən bilmirəm, bu hadisədən əvvəl orada nələr baş verib. Ermənistan tərəfində və Azərbaycan tərəfində nə baş verdiyini dəqiq deyə bilmərəm, ancaq onu bilirəm ki, gərginlik yaşanan zonada uçmaq olmaz. Əlbəttə, yaxşı olardı ki, Azərbaycan əsgərləri helikopteri vurmayaydı, amma bu ərazi müharibə zonasıdır. Belə təxribat törətmək olmaz. Gərgin bir vaxtda orada hərbi təlim keçirilməsi də düzgün deyil. Ukraynada baş verənlərdən sonra çoxları elə düşünə bilər ki, bu, Rusiyanın işidir və Moskva istəyir ki, Ermənistan və Azərbaycan arasında destabilizasiya yaratsın. Fikrimcə, indi sakitlik lazımdır”.
M. Brayza helikopterin məhv edilməsindən sonra Ermənistanın atəşkəsi daha tez-tez pozmasının gözlənilən olduğunu vurğulayıb: “Əgər biz sülh və qardaşlıq içində - cənnətdə yaşasaydıq, təbii ki, Azərbaycan bu helikopteri vurmazdı. Aydındır ki, bundan sonra Ermənistan Azərbaycan ərazilərini atəşə tutacaq. Bu, çox təhlükəli vəziyyətdir. Mən ona görə dedim ki, yaxşı olardı ki, Azərbaycan tərəfinin helikopterə reaksiyası olmayaydı. Mən bunu məntiqi nöqteyi-nəzərindən belə deyirəm. İndi Minsk Qrupunun qarşısında duran ən başlıca məsələ vəziyyəti düzəltmək üçün iki ölkə arasında yeni etibar tədbirləri görməkdir. Bu istiqamətdə girovların dəyişdirilməsi bir addım olardı. Sonda isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək olar. Bu görüşə ABŞ, Fransa, Rusiya prezidentlərini də cəlb etmək mümkündür, lakin düzünü desəm, mən Rusiyanın buna hazır olduğuna şübhə edirəm”.
M. Brayza Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdiyini xatırladaraq bunun sadəcə, bir addım olduğunu söyləyib: “Putinin təşkil etdiyi Soçi görüşü isə böyük şou idi. Prosesdə dönüş üçün ABŞ prezidentinin və dövlət katibinin öz fransalı həmkarları ilə birgə fəallığı lazımdır. Bu fəallığa onların rusiyalı həmkarları da qoşula bilər. Lakin indi Rusiyanın Ukraynada elədiklərindən sonra mən şübhə edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərdə stabillik istəsin”.
M. Brayza hazırda İstanbulda yaşadığını, Türkiyə, İngiltərə, Finlandiya və Azərbaycanda bir sıra özəl şirkətlərin direktorlar şurasının üzvü olduğunu söyləyib. O, Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Beynəlxalq Təhlükəsizlik İnstitutunun direktoru olduğunu da nəzərə çatdırıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”