"Həm şortik geyinirlər, həm də çayda çimirlər" - İsmayıllıdakı davanın səbəbi - VİDEO

"Həm şortik geyinirlər, həm də çayda çimirlər" - İsmayıllıdakı davanın səbəbi - VİDEO
SOSİAL
10:17 23.08.2022
625
İsmayıllının Qalacıq kənd sakinləri kəndə gələn turistlərə şort  geyindiklərinə görə irad bildiriblər. Tərəflər arasında yaranmış mübahisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Əməkdaşlarımız qalacıq kəndinin sakinləri ilə görüşüblər, məsələnin detallarını araşdırıblar.

Sakinlər kəndə səfər edən turistlərin şort geyindiklərini görüb, buna etiraz ediblər.

Sakinlərin sözlərinə görə, turistlərə təkcə şort geyindiklərinə görə deyil, həm də kənddə gediş-gəlişin çox olduğu ərazindən keçən çayda çimdiklərinə görə irad bildirilib.

Hazırda kənddə qalan bəzi qonaqlar Qalacıq sakinlərinin iradları ilə razıdırlar.

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Kənd sakinlərinin davranışları ilə razılaşanlar da olub, əksini düşünənlər də.
 

OXŞAR XƏBƏRLƏR