HƏMAS ABŞ-yə şərt kəsdi - İcra edilərsə, atəşkəs olacaq

HƏMAS ABŞ-yə şərt kəsdi - İcra edilərsə, atəşkəs olacaq
DÜNYA
15:06 08.09.2025
251
 
HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı son xəbərdarlığına cavab verib.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, HƏMAS atəşkəslə bağlı ABŞ-yə şərtlər qoyub.
 
"Müharibəyə son qoyulması, Qəzzadan İsrailin tamamilə çıxarılması və müstəqil Fələstin Qəzza Komissiyasının yaradılması müqabilində bütün məhbusların azad edilməsini danışmaq üçün dərhal danışıqlar masasına oturmağa hazırıq" - deyə HƏMAS qruplaşması açıqlama yayıb.
 
Açıqlamada vurğulanıb ki, ABŞ-dən bəzi təkliflər alan HƏMAS bu təklifləri əhatəli bir razılaşmaya çevirmək üçün vasitəçilərlə daim əlaqə saxlayır.
  
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth" hesabından verdiyi açıqlamada HƏMAS-ı Qəzzada atəşkəslə bağlı son təklifi qəbul etməyə çağırıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR