HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verib

HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verib
DÜNYA
23:24 20.10.2025
111
Fələstinin HƏMAS təşkilatı daha bir israilli girovun meyitini Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil verib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Onun adı şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra məlum olacaq.

Mərhumun adı şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra məlum olacaq.

Bu, oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən sonra qruplaşmanın qaytardığı 13-cü meyitdir.

Qeyd edək ki, İsrail və HƏMAS daha əvvəl bir-birini atəşkəsi pozmaqda ittiham edib.

İsrail Ordusunun məlumatına görə, qarşı tərəfin hücumu nəticəsində iki hərbçi öldürüldükdən sonra ölkənin hərbi qüvvələri Qəzza zolağına bir sıra hava zərbələri endirib. HƏMAS hücumda iştirakı barədə iddiaları təkzib edib.
 
/report
OXŞAR XƏBƏRLƏR