HƏMAS-dan İsrailə qarşı ÇAĞIRIŞ: "Təzyiq göstərin"

HƏMAS-dan İsrailə qarşı ÇAĞIRIŞ: "Təzyiq göstərin"
DÜNYA
01:09 17.08.2026
1036
HƏMAS Qəzzada atəşkəs barədə razılaşmaya əməl etməsi və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməsi üçün İsrailə təzyiq göstərilməsini istəyib.

Bu barədə Fələstinin HƏMAS hərəkatı Misirin Əl-Əlameyn şəhərində keçirilən danışıqların yekunlarına dair "Telegram" kanalında paylaşım edib.

"Biz vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza ilə bağlı razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirməyə və onun ikinci mərhələsinin həyata keçirilməsi planını təsdiqləməyə məcbur etməyə çağırırıq", - məlumatda bildirilib.

HƏMAS təklif olunan "yol xəritəsi" ilə razı olduğunu yenidən təsdiqləyib, lakin onun nələri nəzərdə tutduğunu açıqlamayıb.

"Al Arabiya" telekanalının mənbələri isə bildiriblər ki, HƏMAS ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə danışıqlar zamanı hərəkat tərəfdarlarının silahlarının Qəzzada qalmasına nail olmağa çalışıb. Vaşinqton isə silahların anklavdan kənara çıxarılmasını tələb edir.

Əl-Əlameyndə keçirilən görüşlərdə Kuşner və HƏMAS rəhbərliyi ilə yanaşı, Misir, Qətər və Türkiyədən olan vasitəçilər, həmçinin Qəzza üzrə Sülh Şurasının yüksəksəviyyəli nümayəndəsi Nikolay Mladenov iştirak edib.

2025-ci ilin oktyabrında İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs barədə razılaşma əldə ediblər. Təşəbbüs üç mərhələdən ibarət olub. Birinci mərhələ döyüşlərin dayandırılmasını, saxlanılan şəxslərin azad edilməsini və İsrail qoşunlarının qismən çıxarılmasını nəzərdə tutub. Sonrakı mərhələlər isə münaqişənin tam başa çatdırılmasını və anklavın bərpasını nəzərdə tutub. Lakin tərəflər hələ də razılaşmanın ikinci mərhələsinə keçə bilməyiblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib
20:41 29.11.2026
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
20:28 29.11.2026
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub
Xalq artistinin səhhəti necədir? - Qızı danışdı
20:16 29.11.2026
Xalq artistinin səhhəti necədir? - Qızı danışdı
Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir
20:06 29.11.2026
Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir
İraqda yeddi Fransa vətəndaşı ömürlük həbs cəzası aldı
19:58 29.11.2026
İraqda yeddi Fransa vətəndaşı ömürlük həbs cəzası aldı
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:48 29.11.2026
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
19:40 29.11.2026
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Röyanın yeni duet ortağı o olacaq
19:29 29.11.2026
Röyanın yeni duet ortağı o olacaq
Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
19:10 29.11.2026
Bakıda Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
19:03 29.11.2026
Azərbaycan Premyer Liqası: XIII turun son görüşündə "Qarabağ" "Sumqayıt"ı məğlub edib
Konqoda Eboladan ölənlərin sayı artdı
18:55 29.11.2026
Konqoda Eboladan ölənlərin sayı artdı
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
18:40 29.11.2026
Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
18:32 29.11.2026
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
İsrail və ABŞ birgə kiber müdafiə təlimlərində ilk dəfə süni intellektdən istifadə edib
18:24 29.11.2026
İsrail və ABŞ birgə kiber müdafiə təlimlərində ilk dəfə süni intellektdən istifadə edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
18:16 29.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Gürcüstan XİN-dən Türkiyə səfirinə "Beşiktaş" - "Hapoel" matçındakı insidentlə bağlı təəssüfləndikləri bildirilib
18:08 29.11.2026
Gürcüstan XİN-dən Türkiyə səfirinə "Beşiktaş" - "Hapoel" matçındakı insidentlə bağlı təəssüfləndikləri bildirilib